Azərbaycan Uruqvay üçün əhəmiyyətli ölkədir

 

Uruqvay Şərq Respublikasının Prezidenti Xose Muxika 11 iyun tarixində ölkənin M-24 radiosuna Uruqvayın beynəlxalq əməkdaşlığı ilə bağlı fikirlərini bölüşərkən Azərbaycanı Uruqvay üçün əhəmiyyətli ölkə kimi qiymətləndirib və Azərbaycanla əməkdaşlığın perspektivlərinə toxunub. Bu barədə Trend Uruqvay mətbuatına istinadən məlumat verir.

Prezident X.Muxika bildirib: “Qısa müddət ərzində bizim üçün əhəmiyyətli ölkə olan Azərbaycanla iqtisadi münasibətlərin inkişafına başlayacağıq”.

Xatırladaq ki, bu, X.Muxikanın son aylarda Azərbaycanla münasibətlərə dair verdiyi artıq ikinci açıqlamasıdır. Belə ki, bir müddət öncə ölkəsinin yeni bazarlar axtarışında olduğu barədə danışan X.Muxika nümunə olaraq Uruqvay üçün indiyə qədər tanış olmayan Azərbaycan ilə münasibətlərin inkişafına başlandığını deyib.

O, Uruqvay məhsullarının Azərbaycana ixrac olunacağına əminliyini bildirib və bu istiqamətdə tədbirlərin həyata keçirildiyini qeyd edib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında