Rüstəm İbrahimbəyovun Azərbaycanın siyasi həyatına təsir göstərmək imkanı yoxdur

 

Əli ƏHMƏDOV: “Onun rəhbərliyi altında ənənəvi, uğursuz müxalifətin toplaşdığı Milli Şuradan uğur gözləmək sadəlövhlükdən başqa bir şey deyil”

“Milli Şuranın yaradılması Azərbaycanın həyatında hər hansı əhəmiyyət kəsb etməyən, adi hadisədir”.

Bunu APA-ya açıqlamasında Yeni Azərbaycan Partiyanın sədr müavini-icra katibi, millət vəkili Əli Əhmədov demişdir.

Ə. Əhmədov bildirmişdir ki, Azərbaycanın müasir tarixində müxalifətin buna bənzər birləşmələri çox olmuşdur: “Lakin həyat göstərib ki, müxalifət bu cür birləşmələri yaratdığı kimi, çox qısa zamanda onları parçalayıb, dağıdıb. Müxalifət birləşməkdən daha yaxşı yaratdıqlarını parçalamağı bacarır”.

Milli Şuranın prezident seçkilərində şanslarına toxunan Ə. Əhmədovun sözlərinə görə, başında kimin dayanmasından asılı olmayaraq, təşkilatın hər hansı şansı yoxdur: “Milli Şurada təmsil olunanlar 20 il ərzində Azərbaycanın siyasi həyatında iştirak etməyə, seçkilərdə uğur qazanmağa cəhdlər göstəriblər, amma Azərbaycan vətəndaşlarının dəstəyindən məhrum olduqlarına görə heç nə qazana bilməyiblər. Milli Şurada toplaşan insanların hamısı bu və ya digər formada, bu və ya digər dövrlərdə uğursuzluğa düçar olmuş siyasətçilərdir”.

Rüstəm İbrahimbəyovun Milli Şuraya sədr seçilməsinə toxunan YAP sədrinin müavini demişdir ki, onun Azərbaycanın siyasi həyatına hər hansı şəkildə təsir göstərmək imkanı yoxdur: “O, kino sahəsində müəyyən dövrlərdə uğurlar qazanıb və biz bunu əlbəttə ki, etiraf edirik. Amma siyasi sahədə Rüstəm İbrahimbəyovun nə təcrübəsi var, nə də Azərbaycan vətəndaşları siyasətçi kimi ona dəstək verirlər. Belə olan halda, onun rəhbərliyi altında ənənəvi müxalifətin, uğursuz müxalifətin toplaşdığı Milli Şuradan qarşıdan gələn prezident seçkilərində uğur gözləmək sadəlövhlükdən başqa heç bir şey deyil”. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında