Azərbaycan ilə İsrail arasında ikitərəfli əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

 

İyunun 13-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə İsrail Dövlətinin ölkəmizdəki səfiri Rafael Harpaz ilə görüşmüşdür.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan ilə İsrail arasında ikitərəfli əlaqələrin genişlənməsinin, iqtisadi əməkdaşlığın hüquqi bazasının yaradılmasının vacibliyi vurğulanmış, bu sahədə böyük potensialın mövcudluğu qeyd edilmişdir. İnformasiya texnologiyaları, elektronika, kənd təsərrüfatı, ticarət, turizm və humanitar sahələrdə müvafiq layihələrin həyata keçirilməsinin hər iki tərəf üçün faydalı olacağı nəzərə çatdırılmışdır.  

Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, respublikamızın ərazi bütövlüyü çərçivəsində həllinin zəruriliyini vurğulayan Baş nazir Artur Rasizadə bu məsələdə ölkəmizin haqlı mövqeyini dəstəklədiyinə görə İsrail rəhbərliyinə təşəkkürünü bildirmişdir.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında