Dağlıq Qarabağda narkotik vasitələrin yetişdirilməsini və narkoticarəti Ermənistanın yüksək vəzifəli şəxsləri himayə edirlər

 

Nəzarətsiz zona hesab edilən Dağlıq Qarabağda narkotik vasitələrin əkilib becərilməsi və qanunsuz dövriyyəsi geniş vüsət almaqdadır. Bunu Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin apardığı son əməliyyat tədbirləri bir daha təsdiqləmişdir.

Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu AzərTAc-a müsahibəsində bu haqda danışarkən demişdir ki, Ermənistanın işğal etdiyi və hazırda nəzarətsiz ərazi hesab edilən Dağlıq Qarabağda narkotiklərin becərilməsi və tranziti xeyli müddətdir həyata keçirilir, üstəlik burada terrorçular hazırlanır. Narkotacirlərin istifadə etdikləri ən təhlükəsiz marşrut məhz Ermənistandan və işğal olunmuş Dağlıq Qarabağ ərazisindən keçir.

Politoloq Azərbaycan tərəfinin bu məsələni Beynəlxalq müstəvidə dəfələrlə qaldırdığını, lakin adekvat tədbirlər görülmədiyini təəssüf hissi ilə vurğulayaraq qeyd etmişdir ki, dünya sanki Ermənistanın əlində aciz qalmışdır. Vəziyyət hətta o həddə çatmışdır ki, ermənilər əllərində monitorinq mandatı olan beynəlxalq qurumların təmsilçilərini belə həmin ərazilərə buraxmırlar.

Mübariz Əhmədoğlunun fikrincə, Ermənistan rəhbərliyi və separatçı rejim narkotik ticarətini birbaşa himayə edir, bundan külli miqdarda qazanc götürürlər. Problemin kökü məhz burada - Ermənistan rəhbərliyinin işğalçı və avantürist siyasətində, separatçı rejimin mahiyyətindədir. 

Azərbaycanın rəsmi nümayəndələrinin, təhlükəsizlik xidməti orqanlarının bu təkzibolunmaz faktları ən yüksək səviyyələrdə açıqladıqlarını xatırladan politoloq Dağlıq Qarabağda narkotiklərin becərilməsinin və tranzitinin təkcə regional deyil, eləcə də qlobal problem olduğunu diqqətə çatdırmışdır. Qarabağda iri narkotik bitki plantasiyalarının olduğu və separatçı rejimin himayədarlığı ilə narkoticarətin “çiçəkləndiyi” artıq təsdiqini tapmış faktdır və bunu inkar etmək mümkünsüzdür. Gözləyək görək,  indi dünya buna necə baxacaq, - deyə M.Əhmədoğlu vurğulamışdır.

Politoloq daha bir neçə maraqlı mülahizə də səsləndirmişdir: Ermənistan olduqca ağır, çıxılmaz bir vəziyyətdədir. Hakimiyyətin kifayət qədər maliyyə problemləri vardır. Elə Ermənistan rəhbərliyində təmsil olunan şəxslərin özləri də haradan və necə pul çıxarmaq haqqında düşünürlər. Doğrudan da, bu gün Ermənistanda fabrik və zavod, heç bir təbii resurs yoxdur. Onlar öz ehtiyaclarını narkoticarətdən əldə olunan qazancla ödəmək istəyirlər. Düşünürəm ki, bu işlər Ermənistan prezidenti Serj Sarkisyanın və bu ölkənin baş naziri Tiqran Sarkisyanın birbaşa göstərişi ilə dövlət səviyyəsində həyata keçirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında