İraq qaçqınlarının Ermənistan və Azərbaycan ərazilərində yerləşdirilməsi ilə əlaqədar heç bir əməliyyat həyata keçirilməmişdir

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, son zamanlar kütləvi informasiya vasitələrində Suriyada yaşayan İraq ermənilərinin Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşması ilə əlaqədar yayılan məlumatlara reaksiya olaraq ölkəmizin Suriyadakı səfirliyi İraqın Suriyadakı səfirliyinə sorğu göndərmişdir.
İraqın Dəməşqdəki səfirliyindən daxil olmuş sənəddə bildirilir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Suriyadakı nümayəndəliyinin bu ölkədə məskunlaşmış qaçqınların vəziyyətinə dair 2010-cu ilin aprel ayı üzrə hesabatına əsasən, 2010-cu il martın 31-dək nümayəndəlikdə qeydiyyatdan keçmiş erməni əsilli İraq qaçqınlarının sayı 1223 nəfərdir. Həmçinin məktubda Suriyada məskunlaşmış İraq vətəndaşlarının Qərbi və Mərkəzi Avropada, habelə Şimali Amerika dövlətlərində yerləşdirilməsi bildirilmişdir. Hesabatda İraq qaçqınlarının Ermənistan və Azərbaycan ərazilərində yerləşdirilməsi ilə əlaqədar heç bir əməliyyatın həyata keçirilmədiyi göstərilmişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında