Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin həmməruzəçiləri Azərbaycandakı seçkiqabağı vəziyyət barədə məlumatlandırılmışlar

 

 İyunun 12-də Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov ilə görüşmüşdür.

Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdən məmnunluğunu bildirən MSK sədri M.Pənahov rəhbərlik etdiyi qurumun aparıcı beynəlxalq təşkilatlarla, həmçinin Avropa Şurası ilə əlaqələrinə xüsusi əhəmiyyət verdiyini bildirmişdir.

Qonaqlar ümumi seçki islahatları və qarşıdan gələn seçkilərlə bağlı görülən işlərlə maraqlanmışlar.

Sədr M.Pənahov qonaqları ölkədəki seçkiqabağı vəziyyət barədə məlumatlandırmış və rəhbərlik etdiyi qurumun seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı gördüyü işlərdən danışmışdır. M.Pənahov vətəndaşların fəal seçki hüququnun təmin edilməsi üçün bütün lazımi işlərin görüldüyünü qeyd etmişdir. O, seçkilərin yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi addımların atılacağını diqqətə çatdırmışdır. MSK sədri, həmçinin bildirmişdir ki, şəffaflığın tam təmin edilməsi məqsədi ilə əvvəlki seçkilərdə olduğu kimi, kütləvi informasiya vasitələri nümayəndələrinə və müşahidəçilərə hərtərəfli şərait yaradılacaqdır.

Qonaqların suallarını cavablandıran M.Pənahov MSK-nın cari ildəki fəaliyyəti, həyata keçiriləcək layihələr barədə ətraflı məlumat vermişdir.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

nar x�}��,�z� � poçt ünvanı da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətlərin nəzarətə götürülərək operativ həllində böyük rol oynayır.

 

Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin də daim diqqətdə saxlanıldığını bildirən Ramil Usubov polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə vətəndaşlardan, QHT-lərdən daxil olan müraciətlərə DİN rəhbərliyinin xüsusi diqqət yetirdiyini, həmin müraciətlərin operativ və obyektiv şəkildə araşdırıldığını, nəticələrinə uyğun ciddi ölçülər götürüldüyünü nəzərə çatdırmışdır. Beynəlxalq normalara və standartlara cavab verən şəraitin yaradılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması məqsədi ilə 2000-ci ildən indiyədək respublikanın 32 şəhər/rayon polis orqanlarında yeni müvəqqəti saxlama yerlərinin inşa olunması, 51-də əsaslı təmir işlərinin aparılması vurğulanmışdır. 

Nazir demişdir ki, beynəlxalq təşkilatların Bakıda yerləşən nümayəndəlikləri, habelə Ombudsman Aparatı və digər QHT-lər tərəfindən müntəzəm olaraq müvəqqəti saxlama yerlərində monitorinqlər keçirilir, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Görüşdə daxili işlər orqanlarında gender bərabərliyinə də xüsusi diqqət yetirildiyi, əsasən maliyyə, tibb, kadr və digər sahələrdə 1935 qadın əməkdaşın çalışdığı, məişət zorakılığı zəminində törədilən cinayətlərə, o cümlədən korrupsiya hüquqpozmalarına qarşı təsirli tədbirlərin görüldüyü qonaqların nəzərinə çatdırılmışdır.

Həmməruzəçilər səmimi görüşə, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə verdiyi geniş məlumata görə nazir Ramil Usubova minnətdarlıqlarını bildirmişlər. 

Görüşdə bir sıra digər məsələlər də müzakirə olunmuşdur.

Daxili işlər naziri qonaqları maraqlandıran sualları ətraflı cavablandırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında