AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Daxili İşlər Nazirliyində olmuşlar

 

İyunun 12-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov Avropa Şurası Parlament Assambleyası Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex ilə görüşmüşdür.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonaqları səmimiyyətlə salamlayan nazir rəhbərlik etdiyi qurumun əsas funksiyaları və fəaliyyət istiqamətləri barədə məlumat vermiş, ümumilikdə əməliyyat şəraitinin və kriminogen durumun nəzarətdə olduğunu bildirmişdir.

Nazir ölkəmizdə insan hüquqlarının müdafiəsi üzrə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin tam yerinə yetirilməsi məqsədi ilə DİN-də xüsusi tədbirlər planlarının hazırlanaraq icraya yönəldiyini xatırlatmışdır.

Qeyd olunmuşdur ki, daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının daha da artırılması, beynəlxalq təcrübənin öyrənilməsi istiqamətində görülən işlər sistemli şəkildə həyata keçirilir. Bu məqsədlə son dörd ildə 1500-ə yaxın əməkdaşımız Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatların xətti ilə keçirilən müxtəlif treninqlərdə və seminar-müşavirələrdə iştirak etmişdir.

Eyni zamanda, hüquqazidd əməllərə qarşı təxirəsalınmaz operativ tədbirlərin görülməsi, əhalinin təhlükəsizliyinin qorunması, hüquq qaydasına riayət edilməsinə videonəzarətin həyata keçirilməsi, fasiləsiz və canlı izlənilməsi, fövqəladə vəziyyətlərə çevik reaksiya verilməsi funksiyalarının yerinə yetirilməsi baxımından “102 xidməti”, Təhlükəsiz Şəhər Avtomatik İdarəetmə Sisteminin yaradılması və fəaliyyəti insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə qorunmasına xidmət edir. Həmçinin “Qaynar xətt”, elektron poçt ünvanı da ictimaiyyətlə əlaqələrin səmərəli təşkilində, daxil olan müraciətlərin nəzarətə götürülərək operativ həllində böyük rol oynayır.

Kütləvi informasiya vasitələri və ictimaiyyətlə əlaqələrin genişləndirilməsi işinin də daim diqqətdə saxlanıldığını bildirən Ramil Usubov polis əməkdaşları tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə vətəndaşlardan, QHT-lərdən daxil olan müraciətlərə DİN rəhbərliyinin xüsusi diqqət yetirdiyini, həmin müraciətlərin operativ və obyektiv şəkildə araşdırıldığını, nəticələrinə uyğun ciddi ölçülər götürüldüyünü nəzərə çatdırmışdır. Beynəlxalq normalara və standartlara cavab verən şəraitin yaradılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması məqsədi ilə 2000-ci ildən indiyədək respublikanın 32 şəhər/rayon polis orqanlarında yeni müvəqqəti saxlama yerlərinin inşa olunması, 51-də əsaslı təmir işlərinin aparılması vurğulanmışdır. 

Nazir demişdir ki, beynəlxalq təşkilatların Bakıda yerləşən nümayəndəlikləri, habelə Ombudsman Aparatı və digər QHT-lər tərəfindən müntəzəm olaraq müvəqqəti saxlama yerlərində monitorinqlər keçirilir, aşkar edilmiş çatışmazlıqların aradan qaldırılması üçün zəruri tədbirlər görülür.

Görüşdə daxili işlər orqanlarında gender bərabərliyinə də xüsusi diqqət yetirildiyi, əsasən maliyyə, tibb, kadr və digər sahələrdə 1935 qadın əməkdaşın çalışdığı, məişət zorakılığı zəminində törədilən cinayətlərə, o cümlədən korrupsiya hüquqpozmalarına qarşı təsirli tədbirlərin görüldüyü qonaqların nəzərinə çatdırılmışdır.

Həmməruzəçilər səmimi görüşə, insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə verdiyi geniş məlumata görə nazir Ramil Usubova minnətdarlıqlarını bildirmişlər. 

Görüşdə bir sıra digər məsələlər də müzakirə olunmuşdur.

Daxili işlər naziri qonaqları maraqlandıran sualları ətraflı cavablandırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında