Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdül Lətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyəti Qəbələdə olmuşdur

 

Körfəz Əməkdaşlıq Şurasının baş katibi Əbdül Lətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində tanışlıq məqsədilə Qəbələ rayonunda olmuşdur.

Qəbələdə hörmətlə qarşılanan qonaqlar rayonun turizm imkanları ilə maraqlanmış, istehsal müəssisələrində istehsal prosesini yaxından izləmişlər. Nümayəndə heyətinin üzvləri inşası davam etdirilən “Tufan” Dağ-Xizək Yay-Qış İstirahət Kompleksinin tikintisinə baxmışlar.

Qonaqlara məlumat verilmişdir ki, dağlıq ərazidə yerləşən, istirahət üçün bütün əlverişli şəraitə malik olan bu turizm obyekti Qəbələ şəhərindən təxminən 4 kilometr məsafədədir. Diqqətə çatdırılmışdır ki, burada kanat yolu və xizəkçilik kompleksi 8 stansiyadan ibarət olacaqdır. Birinci stansiya dəniz səviyyəsindən 950 metr, sonuncu stansiya isə 1920 metr hündürlükdədir. Artıq altı stansiyada quraşdırma işləri başa çatmışdır. Bir-birindən 1414 metr məsafədə və dəniz səviyyəsindən 1250 metr və 1650 metr hündürlükdə olan stansiyalarda quraşdırma işləri aparılmışdır.

Nümayəndə heyəti Qəbələ konserv zavodu və “Beltmann” piano fabrikində də istehsal prosesini yaxından izləmişdir. Qonaqlara müəssisələrin fəaliyyəti barədə ətraflı məlumat verilmiş, yerli məhsullar nümayiş etdirilmişdir.

Daha sonra Əbdül Lətif bin Rəşid Əl-Zəyaninin başçılıq etdiyi nümayəndə heyəti rayonun Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində olmuşdur. Bildirilmişdir ki, burada atıcılıq idmanının daha çox yayılan və olimpiya oyunlarına daxil edilən stend atıcılığına da xüsusi yer ayrılmışdır. Kompleksin ərazisində olimpiya yarışlarında tətbiq edilən və bütün texniki inventarlarla təchiz olunan sahə də yaradılmışdır. Burada yarışların izlənilməsi üçün ayrıca tamaşaçı bölməsi qurulmuş, nəticələri qeydə alan elektron tablo yerləşdirilmişdir. Bundan əlavə, klubun ərazisində 1200 kvadratmetr sahədə 10 metrlik, 3 min kvadratmetr sahədə isə 25 metrlik tirlər quraşdırılmışdır. Uşaq və yeniyetmələr üçün tədris mərkəzi də yaradılmışdır. Ümumilikdə, 300 kvadratmetr sahədə silah anbarı, 4,5 hektar ərazidə beş dairəvi və səngər stend atıcılığı meydançası, 4 min kvadratmetr sahədə səkkiz sportinq meydançası inşa edilmişdir. Dairəvi və səngər stend atıcılığı avadanlığı Fransadan, sportinq avadanlığı İngiltərədən, tir avadanlığı İsveçrədən, elektron tablo isə İtaliyadan gətirilmişdir.

Qəbələ rayonu ilə tanışlıqdan məmnunluqlarını ifadə edən nümayəndə heyətinin üzvləri Qəbələ rayonunun füsunkar təbiəti olduğunu vurğulamış, bu yerin geniş turizm potensialı olduğunu qeyd etmişlər.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında