Bakıda Rusiya Günü qeyd edilmişdir

 

İyunun 11-də Bakıda Rusiyanın dövlət bayramı - Rusiya Gününə həsr edilmiş təntənəli mərasim keçirilmişdir.

Tədbir Azərbaycanın və Rusiyanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanmışdır.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin qonaqları salamlayaraq bildirmişdir ki, 1990-cı il iyunun 12-də RSFSR Xalq Deputatları Qurultayı “RSFSR-in dövlət suverenliyi haqqında bəyannamə” qəbul etmişdir. Bu qərar Rusiyanın tarixi inkişafında yeni mərhələnin başlanğıcı olmuşdur. Rusiya tarixdə ilk dəfə siyasi plüralizm, demokratiya, bazar iqtisadiyyatı, insan hüquqlarına hörmət yoluna qədəm qoymuşdur. Rusiyanın beynəlxalq hüququn aliliyinə və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə əsaslanan dünya nizamının tərəfdaşı kimi çıxış etdiyini diqqətə çatdıran V.Doroxin demişdir: “Biz planetimizdə insanların həyatının daha rahat və sabit olması üçün dünya problemlərinin həllinə bundan sonra da öz töhfəmizi verəcəyik”.

Bu il ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinin keçirildiyini bildirən səfir Azərbaycan-Rusiya münasibətlərinin qurulmasında ulu öndərin əvəzsiz xidmətlərinin olduğunu xüsusi qeyd etmişdir.

Vladimir Doroxin demişdir ki, Rusiya Azərbaycan ilə tərəfdaşlığın daha da möhkəmləndirilməsi üçün qüvvəsini əsirgəmədən çalışacaqdır, çünki qonşusunu güclü, sabit və tərəqqi edən ölkə kimi görmək istəyir.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev öz çıxışında bildirmişdir ki, Rusiya ilə Azərbaycan tarixən, uzun illər boyu bir-birinə bağlı olmuşlar. Ölkələrimiz arasında münasibətlər həmişə qarşılıqlı anlaşma və dostluq zəminində qurulmuşdur. Son illər Azərbaycan və Rusiya inkişaf və tərəqqi yolunda çox işlər görmüşlər.

Əbülfəs Qarayev qeyd etmişdir ki, Azərbaycan ilə Rusiya arasında bu dostluq münasibətlərinin əsası ümummilli lider Heydər Əliyevin Rusiyaya ilk səfəri zamanı qoyulmuşdur. O zaman dostluq və əməkdaşlıq haqqında bir çox sənədlər imzalanmışdı. Birgə mədəni tədbirlərin, çoxsaylı forumların və konfransların keçirilməsi bunun nəticəsidir. Hazırda Rusiyanın ali məktəblərində, habelə Azərbaycanda - Moskva Dövlət Universitetinin filialında xeyli azərbaycanlı tələbə təhsil alır.

Tədbirdə Azərbaycan Milli Məclisinin deputatları, Bakıda akkreditə olunmuş diplomatik missiyaların və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında