Bakıda İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin nümayəndə heyətlərinin konfransı keçirilmişdir

 

İyunun 11-də Bakıda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin nümayəndə heyətlərinin konfransı keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransda bir sıra beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən İƏT, İSESCO, Körfəz Əməkdaşlıq Şurası, İnkişaf naminə İslam Həmrəyliyi Fondu, İslam İnkişaf Bankının təmsilçiləri iştirak etmişlər.

Konfransı açan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu cür tədbirlərin bütün müsəlman aləmi üçün mühüm əhəmiyyət kəsb etdiyini demişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yollarından danışan Elmar Məmmədyarov İƏT-in daim ölkəmizə dəstək olduğunu xatırlatmışdır. Bildirmişdir ki, Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində ölkəmizin ərazilərinin 20 faizi işğal olunmuş, minlərlə azərbaycanlı öz doğma yurdlarından didərgin düşmüşdür. Ermənistan hələ də bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının, İƏT-in qəbul etdikləri sənədlərin tələblərinə məhəl qoymur. Bu sənədlərə əsasən, Ermənistanın hərbi qüvvələri qeyd-şərtsiz Azərbaycanın işğal olunmuş ərazilərini tərk etməlidir. İƏT bu münaqişədə həmişə Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir.

Tədbirdə İƏT-in baş katibi Ekmeleddin İhsanoğlu, Misir Ərəb Respublikasının xarici işlər naziri Mohamed Kamel Amr, Fələstin Dövlətinin xarici işlər naziri Riad Malki və digər rəsmi şəxslər çıxış edərək konfransın əhəmiyyətini yüksək qiymətləndirmişlər.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında