AŞPA-nın nümayəndələri Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşmüşlər

 

İyunun 11-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Şurası üzv dövlətləri tərəfindən öhdəliklərin yerinə yetirilməsi üzrə komitəsinin (Monitorinq Komitəsinin) həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşmüşlər.

AzərTAc xəbər verir ki, görüşdə siyasi partiyaların rəhbərləri ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətləri, qanun yaradıcılığı prosesindəki iştirakları barədə məlumat vermişlər.

Söhbət zamanı Azərbaycan və Avropa Şurası arasında münasibətlər, monitorinq prosesinin gedişi, Azərbaycanda növbəti prezident seçkiləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

Məruzəçi Pedro Aqramunt Font de Mora bildirmişdir ki, AŞPA Azərbaycanda gedən demokratik prosesləri diqqətlə izləyir və gələcəkdə də rəsmi Bakı ilə əməkdaşlığı davam etdirəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında