Nazirlər Kabinetində görüş

İyulun 19-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Ukraynanın xarici işlər naziri Konstantin Qrişenkonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Baş nazir A.Rasizadə Azərbaycan ilə Ukraynanın strateji tərəfdaş olduqlarını, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əlaqələrin yüksək səviyyəsini diqqətə çatdırmış, belə qarşılıqlı səfərlərin əməkdaşlığın möhkəmləndirilməsi, əlaqələrin daha da genişləndirilməsi işinə xidmət etdiyini vurğulamışdır. Bildirilmişdir ki, məqsəd ölkələrimiz arasında hərtərəfli əlaqələrin daha da inkişaf etdirilməsidir. Azərbaycan və Ukrayna arasında imzalanmış çoxsaylı sənədlər də məhz buna xidmət edir.
A.Rasizadə Azərbaycanın son illərdəki uğurları, həyata keçirilən dövlət proqramları, iri layihələr haqqında, dövlətimizin xarici siyasətinin prioritet istiqamətləri barədə də qonaqlara məlumat vermişdir.
Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qəbul olunduğuna görə məmnunluğunu bildirmiş, səfər çərçivəsində keçirdiyi görüşlərin ölkələrimiz arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyini söyləmişdir. Ukrayna Azərbaycan ilə bütün sahələrdə, o cümlədən iqtisadi, enerji təhlükəsizliyi, sənaye və digər sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılmışdır.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında