Azərbaycan NATO-nun Əfqanıstanda sülhün təmin olunması üzrə yeni missiyasında iştirak edəcək 8 ölkədən biri olacaq

 

Elman Abdullayev: “Elə beynəlxalq təşkilat yoxdur ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsin”

2014-cü ildən sonra Azərbaycan NATO-nun Əfqanıstanda sülhün təmin olunması üzrə yeni missiyasında iştirak edəcək. APA-nın xəbərinə görə, bunu Türkiyədə səfərdə olan Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin katibi Elman Abdullayev bu ölkənin “Kanal 24" televiziyasına açıqlamasında demişdir. O, Azərbaycanın Əfqanıstandakı sülhməramlı əməliyyatda və İSAF kontingentinin 2014-cü ilə qədər Əfqanıstandan çıxarılmasında vacib rol oynadığını söyləmişdir.  

 E. Abdullayev Azərbaycanın Əfqanıstanın bərpası işində effektiv humanitar siyasət yeritməsini, bu istiqamətdə bir sıra tədbirlər keçirməsini, o cümlədən ANAMA-nın iştirakı ilə Əfqanıstan ərazisinin minalardan təmizlənməsini qeyd etmişdir. Mətbuat katibi xatırlatmışdır ki, NATO sammitinin qərarına əsasən İSAF missiyasının Əfqanıstanı tərk edəcəyi 2014-cü ildən sonra yeni missiya yaradılacaq: “Bu missiyaya 8 dövlət daxil olacaq, onlardan biri də Azərbaycandır. Missiyanın əsas məqsədi Əfqanıstanda sülh və sabitliyin bərpası üçün vətəndaşlarla iş aparmaq olacaq”.

 E. Abdullayev Azərbaycan-ABŞ münasibətləri, TANAP layihəsi və Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə də toxunmuşdur. O, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqelərinin hüquqi baxımdan çox güclü olduğunu vurğulamışdır: “Elə bir beynəlxalq təşkilat yoxdur ki, Azərbaycanın mövqeyini və ərazi bütövlüyünü dəstəkləməsin. Mövcud status-kvo qəbuledilməzdir və dəyişməlidir. Bu münaqişənin həlli bütün bölgənin xeyrinə olacaq. Azərbaycan torpaqlarının işğalı davam edir, ATƏT-in Minsk qrupu münaqişənin həllində daha fəal olmalıdır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında