Bundestaq üzvü: BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmazsa, sülh danışıqlarının əsası yoxdur

 

Almaniya BMT-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair qəbul etidiyi qətnamələri dəstəkləyir. Bu sözləri Almaniya Bundestaqında Xristian-Demokrat İttifaqından olan deputat, İctimai Məsələlər üzrə Komitənin daimi üzvü doktor Piter Tauber bildirmişdir.

Trend-ə çərşənbə günü Avropa Azərbaycan Cəmiyyətindən verilən məlumatda deyilir ki, Tauber qeyd etmişdir ki, BMT Təhlükəsizlik Şurası dəfələrlə Ermənistana Dağlıq Qarabağdan çıxması üçün çağırışlar etmişdir: Bu çağırışa Avropa İttifaqı və ATƏT də qoşulmuşdur".

Tauber vurğulamışdır ki, bir milyon qaçqın hələ də öz ev-eşiyinə qayıda bilmir. Azərbaycan əhalisinin ümumi sayının 9 milyon olduğunu nəzərə alsaq, bu böyük rəqəmdir. Qaçqınların öz torpaqlarına qayıtması onların haqqıdır. İşğal altında olan bu ərazilər Azərbaycanın bir hissəsidir:

“Öz ərazi bütövlüyünü bərpa etməkdə Azərbaycanın rolunu tanımaq və onun səylərinə qoşulmaq əlaqəli şəkildə həyata keçirilməlidir. Xocalı aeroportunun yenidən açılmasına dair debatların davam etdiyi bir zamanda işğal edilmiş ərazilərdəki münaqişə hər an alovlana bilər. Bu, Azərbaycana qarşı böyük təxribatdır”.

Tauber bildirmişdir ki, gərginliyi azaltmaq üçün birinci addımı Ermənistan atmalıdır.

Onun fikrincə, BMT Təhlükəsizlik Şurasının qətnamələri icra olunmazsa, o zaman sülh danışıqlarının əsası yoxdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında