İğdırlılar ermənilərin Qarabağda törətdiyi çirkin əməllər barədə Roma Papası XVI Benediktə məktub ünvanlamışlar

Türkiyənin İğdır vilayətində fəaliyyət göstərən Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi (ASİMDER) Roma Papası XVI Benediktə Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarında məscidin axura çevrilməsi ilə bağlı məktub göndərmişdir.
Məktubda işğal altında olan Ağdam rayonu ərazisində 1870-ci illərdə inşa edilmiş ibadət evində heyvan saxlanılmasının türk və İslam aləminə qarşı həqarət olduğu qeyd edilmiş və bu çirkin əmələ son qoyulması üçün xristian dünyasına müraciət ünvanlanmışdır.
ASİMDER-in sədri Göksel Gülbey AzərTAc-a məktub haqqında məlumat verərək bildirmişdir ki, Türkiyədə və Azərbaycanda kilsələr bərpa edilib qorunduğu halda, ermənilərin bu hərəkəti insanlığa sığmır. Biz bu hərəkəti qınayırıq və xristian aləminin dini lideri Papaya məktub yazaraq insanlığa zidd olan bu çirkin əmələ son qoyulması üçün ermənilərə xəbərdarlıq etməsini istəyirik.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında