Qabor VONA: Ermənistanın Azərbaycana təcavüzünü pisləyən qətnamə hazırlayıb Macarıstan parlamentinə təqdim etmişik

 

 İyunun 1-də Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Macarıstanın ölkəmizdə səfərdə olan “Daha yaxşı Macarıstan uğrunda” partiyasının sədri Qabor Vona və Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Döndöşi ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, R.Aslanova ölkələrimiz arasındakı əlaqələrin dərin tarixi kökləri,  Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra qurulan diplomatik münasibətlər barədə danışmış, hər iki tərəfdən dövlət və hökumət rəsmilərinin, parlamentarların qarşılıqlı səfərlərinin siyasi, iqtisadi, elmi, mədəni əməkdaşlığın inkişafına güclü təkan verdiyini diqqətə çatdırmışdır.

Bildirilmişdir ki, müstəqil Azərbaycan sivil, demokratik, hüquqi dövlət quruculuğu yolunda əzmlə irəliləyir. Ölkəmizdə söz, fikir və insan hüquq və azadlıqlarının qorunmasına xüsusi önəm verilir. Komitə sədri Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı məsələlərdə macar deputatların Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini, beynəlxalq qurumlarda səsimizə səs verdiklərini minnətdarlıqla qeyd etmişdir.

Görüşdə “Daha yaxşı Macarıstan uğrunda” partiyasının sədri Qabor Vona başçılıq etdiyi qurum barədə ətraflı məlumat vermişdir. Əsasən 35 yaşınadək gənclərin toplaşdığı bu siyasi partiyanın 2010-cu ildə ilk dəfə seçkilərdə iştirak etdiyini və seçicilərin 17 faizinin səsini qazandığını demişdir.

Qabor Vona vurğulamışdır ki, Azərbaycan onlar üçün olduqca böyük əhəmiyyətə malik ölkədir. Xalqlarımız arasında daha sıx əlaqələrin yaradılması üçün geniş imkanlar vardır. Onun rəhbərlik etdiyi partiya Macarıstan əhalisini Azərbaycanın qarşılaşdığı problemlərlə yaxından tanış etməyə çalışır. Q.Vona Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın təcavüzünü pisləyən qətnamə hazırlayıb Macarıstan parlamentinə təqdim etdiklərini bildirmişdir. 

 Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Döndöşi macar deputatların Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıraraq, parlament diplomatiyasının əhəmiyyətindən söz açmış, beynəlxalq qurumlarda, o cümlədən Avropa Şurası Parlament Assambleyasında Azərbaycana dair məsələlərin müzakirəsində həmişə ölkəmizi mövqeyini müdafiə etdiklərini vurğulamışdır.

M.Döndöşi Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında müsbət fikirlər söyləmiş, tədbirin bütün iştirakçılar üçün çox faydalı olduğunu qeyd etmişdir.

Görüşdə qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyinə  toxunulmuş, bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında