Azərbaycanın xarici işlər naziri Ermənistanın Dağlıq Qarabağ münaqişəsini nizama salmaq səylərinə şübhə ilə yanaşır

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Yerevanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini həll etmək səylərinə şübhə ilə yanaşır.
E.Məmmədyarov iyulun 17-də Qazaxıstanda Azərbaycan jurnalistlərinə müsahibəsində demişdir: "Şəxsən məndə belə bir təəssürat yaranmışdır ki, Ermənistan sülh və sabitliyə nail olunması üçün heç bir razılığa gəlmək istəmir".
Nazirin sözlərinə görə, Ermənistan tərəfi guya Dağlıq Qarabağ münaqişəsinin həll olunmasını istədiyini və bu məsələnin onun üçün vacib olduğunu bəyan edir. Azərbaycan XİN-in başçısı danışıqlar zamanı Ermənistan tərəfinin məntiqini anlamağın çətin olduğunu vurğulayaraq demişdir: "Danışıqlar zamanı hansısa məsələyə dair razılığa gəlirik və hesab edirik ki, bu məsələ artıq həll olunmuşdur və digər məsələnin müzakirəsinə keçmək olar. Məsələn, iki görüşdən sonra digər məsələnin müzakirəsi zamanı erməni tərəfi artıq razılaşdırılmış məsələyə yenidən qayıdır. Buna görə də danışıqlar çətinliklə irəliləyir".
Əvvəl xəbər verildiyi kimi, iyulun 17-də ATƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ilə Ermənistan xarici siyasət idarəsinin başçısı Edvard Nalbandyanın görüşü olmuşdur. Görüşdə Fransanın xarici işlər naziri Bernar Kuşner, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibinin müavini Ceyms Steynberq, ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında