Arizona Senatı: Qarabağ Azərbaycan ərazisidir

 

ABŞ-ın Arizona ştatının  ali qanunverici orqanı olan Arizona Ştat Senatı mayın 30-da keçirilən plenar iclasında Azərbaycan-ABŞ strateji tərəfdaşlığının dəstəklənməsinə dair qətnamə qəbul etmişdir.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan “Trend”ə daxil olan məlumata görə, senatorlar tərəfindən yekdilliklə qəbul edilən qətnamədə Qarabağın Azərbaycan ərazisi olduğu və Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin ABŞ və BMT tərəfindən tanındığı bildirilir.

Həmçinin, 95 il öncə Azərbaycan xalqının müsəlman dünyasında ilk dünyəvi və demokratik respublika yaratdığı və həmin respublikanın ABŞ da daxil olmaqla bir sıra demokratik dövlətlərdən öncə qadınlara seçki hüququ verdiyi vurğulanır.

1991-ci ildə müstəqilliyini bərpa etmiş Azərbaycanın son 22 il ərzində öz suverenliyini və müstəqilliyini gücləndirdiyi və bölgənin ən sürətlə inkişaf edən dövlətlərindən birinə çevrildiyi bildirilir. Qeyd olunur ki, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına seçilməsi ölkənin Yaxın Şərqdə sülhün və təhlükəsizliyin qorunmasında artan rolunun və genişlənən imkanlarının bariz göstəricisidir.

Qətnamədə ABŞ ilə Azərbaycanın vahid dəyərlərə, ümumi maraqlara və baxışlara əsaslanan güclü strateji tərəfdaşlıq münasibətləri qurduqları qeyd olunur. Bildirilir ki, Azərbaycan ABŞ-ın Xəzər dənizi kimi çox önəmli bir bölgədə güclü müttəfiqidir. Bundan əlavə, 11 sentyabr terror hücumlarından sonra Azərbaycanın ABŞ-a hərtərəfli dəstək verdiyi, Əfqanıstana sülhməramlı qüvvələr göndərdiyi, hər iki ölkənin kütləvi qırğın silahlarının yayılmasına və terrorçuluğa qarşı mübarizə sahəsində uğurla əməkdaşlıq etdiyi bildirilir. Azərbaycanın ABŞ-ın və Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir, qədim etnik və dini tolerantlıq ənənələrinə malik olan dünyəvi ölkə olması xüsusi vurğulanır. Qətnamədə, həmçinin, ABŞ-ın Azərbaycan kimi müttəfiq dövlətlərlə münasibətləri bundan sonra da gücləndirməsinin zəruriliyi vurğulanır.

Qeyd edək ki, bu, Arizona qanunvericilik orqanı tərəfindən Azərbaycan barədə qəbul edilən ilk qətnamədir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında