Azərbaycanın AFR-dəki səfirliyi Azərbaycan Xalq Cümhuriyyətinin 95 illiyi münasibətilə qəbul təşkil etmişdir

 

Azərbaycanın Almaniyadakı səfirliyi  mayın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 95 illiyinə həsr olunmuş rəsmi qəbul etmişdir. Qəbulda 300-dən çox qonaq, o cümlədən Bundestaqın deputatları, xarici ölkələrin AFR-də akkreditə olunmuş səfirləri, Almaniyanın müxtəlif nazirliklərinin yüksək vəzifəli əməkdaşları, elm və incəsənət xadimləri iştirak etmişlər. 

Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov tədbir iştirakçılarını salamlayaraq müsəlman Şərqində ilk parlamentli demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin  yaradılmasının tarixindən danışmışdır.  Səfir vurğulamışdır ki, AXC parlamentində bir yer Azərbaycanda yaşayan  almanların nümayəndəsi üçün nəzərdə tutulmuşdu.

P. Şahbazov 1991-ci ildə öz müstəqilliyini bərpa etmiş Azərbaycan qarşısında duran çağırış və vəzifələrdən də danışaraq demişdir ki, söhbət ilk növbədə ölkə ərazisinin 20 faizinin  Ermənistan tərəfindən işğal olunması problemindən gedir. Çıxışda  Azərbaycanın enerji siyasətinin əsas istiqamətləri də göstərilmiş, müstəqilliyini bərpa etdiyi vaxtdan ölkənin siyasi və iqtisadi nailiyyətləri vurğulanmışdır. Səfir tədbir iştirakçılarının diqqətini belə bir fakta cəlb etmişdir ki, Almaniyanın Cənubi Qafqaz ölkələri ilə ümumi ticarət dövriyyəsinin 80 faizi məhz Azərbaycanın payına  düşür.

Pərviz Şahbazov çıxışının sonunda 2015-ci ildə Azərbaycanda  birinci Avropa Olimpiya Oyunlarının keçiriləcəyini bildirmiş, tədbir iştirakçılarını həmin oyunlara dəvət etmişdir.

Rəsmi hissədən sonra Azərbaycanın dövlət bayramı şərəfinə ziyafət verilmişdir.

Vüqar Seyidov,

AzərTAc-ın xüsusi müxbiri

Berlin


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında