Azərbaycanın xarici işlər naziri: "Prezidentlər səviyyəsində keçirilən bütün görüşlər mühüm və önəmlidir"

Xarici işlər naziri Elmar Məmmədyarov prezidentlər səviyyəsində keçirilən bütün görüşləri mühüm və önəmli adlandırmışdır.
E.Məmmədyarov ATƏT-in üzvü olan ölkələrin xarici işlər nazirlərinin Almatıda keçirilən qeyri-rəsmi sammiti çərçivəsində iyulun 17-də ermənistanlı həmkarı ilə keçirdiyi görüşdən maraqlı bir məqama toxunmuşdur. Onun sözlərinə görə, birgə bəyanatda Ermənistan tərəfi Azərbaycan-Ermənistan-Rusiya formatında keçirilmiş altı görüşün mühümlüyünün qeyd olunması təklifini qəbul etməmişdir. Ermənistanın xarici işlər naziri bəyan etmişdir ki, prezidentlərin yalnız Sankt-Peterburqda keçirilmiş görüşü mühüm xarakter daşıyır. Digər görüşləri isə daxil etmək lazım deyil, çünki onlar nüfuzlu və mühüm olmamışdır.
E.Məmmədyarov vurğulamışdır: "Lakin mən hesab edirəm ki, prezidentlər səviyyəsində keçirilən bütün görüşlər mühüm və önəmlidir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında