Azərbaycan ilə NATO arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov mayın 30-da Azərbaycanda səfərdə olan NATO baş katibinin qadın, sülh və təhlükəsizlik üzrə xüsusi nümayəndəsi xanım Mari Skor ilə görüşmüşdür.

AzərTAc xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişaf perspektivləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair məsələlər müzakirə olunmuş, qarşılıqlı maraq doğuran bir sıra mövzularla bağlı fikir mübadiləsi aparılmışdır.

Əli Həsənov bildirmişdir ki, Azərbaycan ilə NATO arasındakı əməkdaşlıq müstəqilliyimizin bərpasından sonra başlamışdır. Hazırda Azərbaycan NATO ilə hərtərəfli əməkdaşlıq etməkdədir. Ölkəmiz NATO-nun fəaliyyətinə böyük töhfə verir, sülhməramlı əməliyyatlarında fəal iştirak edir.

Azərbaycanın sürətli tərəqqisindən danışan Əli Həsənov diqqətə çatdırmışdır ki, əsası 1994-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan “Əsrin müqaviləsi”nin imzalanmasından sonra ölkəmiz dinamik inkişaf etməyə başlamışdır. Bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev üç strateji hədəf - Azərbaycanın inkişaf etmiş ölkələr sırasına daxil olmasını, yoxsulluğun səviyyəsinin aşağı salınmasına, iqtisadiyyatımızın neftdən asılılığının minimuma endirilməsini müəyyənləşdirmişdir. Bu hədəflərə nail olmaq üçün ölkədə sosial-iqtisadi islahatlar həyata keçirilir, regionların inkişafı, yeni iş yerlərinin açılması üçün dövlət proqramları icra olunur. Azərbaycanın siyasi, iqtisadi və mədəni sahələrdə böyük uğurlar qazandığını qeyd edən Əli Həsənov ölkənin daha güclü inkişafı yolunda ən böyük problemi - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini diqqətə çatdırmışdır.

Qeyd edilmişdir ki, Ermənistanın təcavüzkar siyasəti BMT, ATƏT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərar və qətnamələrdə pislənilmiş, Azərbaycanın işğal edilmiş ərazilərindən silahlı qüvvələrin geri çəkilməsi, öz doğma yaşayış yerlərindən didərgin salınmış qaçqın və məcburi köçkünlərin geri qayıtma hüququnun bərpa olunması tələb edilmişdir. Bildirilmişdir ki, ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqlar 20 ildən artıqdır davam etdirilir. Münaqişənin həlli beynəlxalq hüququn normalarına və prinsiplərinə əsaslanmalıdır. Beynəlxalq ictimaiyyətin tələblərinə məhəl qoymayan və destruktiv mövqe tutan Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətini davam etdirməkdədir.

Vurğulanmışdır ki, təcavüzkar dövlət olan Ermənistan hazırda Azərbaycanın işğal olunmuş ərazilərindən narkotik vasitələrin daşınmasında tranzit kimi istifadə edir. Ermənilər işğal altında saxladıqları Azərbaycan ərazilərində narkotiklər əkirlər, satırlar və ondan əldə olunan vəsaiti terrorçu qrupların hazırlanmasına yönəldirlər.

Baş nazirin müavini qaçqınların və məcburi köçkünlərin sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən də danışmışdır. Bildirilmişdir ki, dövlətimizin başçısının bu sahəyə olan diqqət və qayğısı nəticəsində qaçqın və məcburi köçkünlər üçün 78 müasir qəsəbə salınmışdır. Hazırda bu istiqamətdə işlər intensiv şəkildə davam etdirilir.

Mari Skori bildirmişdir ki, səfərin məqsədi İkinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etməklə yanaşı, Azərbaycan həqiqətləri ilə bağlı daha ətraflı məlumat əldə etməkdir. Azərbaycan ilə NATO arasında qadın, sülh və təhlükəsizlik məsələləri istiqamətində əməkdaşlığın artırılmasının əhəmiyyətini vurğulamışdır. O, Azərbaycan ilə NATO arasında uğurlu əməkdaşlığın olduğunu bildirərək ölkəmizin Alyansın bir sıra proqramlarında fəal iştirak etdiyini diqqətə çatdırmışdır.

Sonda qonaqlara “Ermənistanda aparılan etnik təmizləmə və Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın 20 faiz ərazisinin işğalı nəticəsində yaranmış bir milyonadək qaçqın və məcburi köçkünlər haqqında məlumat (1988-2011-ci illər)” kitabı, münaqişədən bəhs edən filmin diskləri təqdim edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında