Ermənistanın xarici işlər naziri bir sıra məsələlərə etirazını bildirməklə birgə bəyanatın qəbul olunmasına imkan verməmişdir

Xəbər verdiyimiz kimi, iyulun 17-də Almatıda ATƏT-in xarici işlər nazirlərinin qeyri-rəsmi sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun Ermənistanın xarici siyasət idarəsinin başçısı Edvard Nalbandyan ilə "3+2" formatında görüşü keçirilmişdir.
Görüşdə Elmar Məmmədyarov və Edvard Nalbandyandan başqa, Fransanın xarici işlər naziri Bernar Kuşner, Rusiyanın xarici işlər naziri Sergey Lavrov, ABŞ dövlət katibinin müavini Ceyms Steynberq, eləcə də ATƏT-in Minsk qrupunun həmsədrləri iştirak etmişlər.
E.Məmmədyarov erməni həmkarı ilə keçirdiyi görüşü jurnalistlərə şərh edərkən müzakirələrin sonunda Azərbaycan, Ermənistan, Rusiya, ABŞ və Fransa xarici işlər nazirlərinin birgə bəyanatının yayımlanması üçün çox səy göstərdiklərini demişdir: "Təəssüf ki, Ermənistanın xarici işlər naziri bir sıra məsələlərə etirazını bildirməklə birgə bəyanatın qəbul olunmasına imkan verməmişdir. Buna görə də bəyanat üç həmsədr ölkənin nazirləri adından qəbul olunmuşdur".
Azərbaycan xarici siyasət idarəsinin rəhbərinin sözlərinə görə, əsas məsələ qəbul olunacaq bəyanatın irəliyə doğru daha bir addım olmasına nail olmaq idi. Hələ Kanadada prezidentlər səviyyəsində bəyanat qəbul olunmuşdur. Orada Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının 6 prinsipi öz əksini tapmışdır. Bunların sırasında Ermənistan qoşunlarının işğal altında olan Azərbaycan torpaqlarından çıxarılması, məcburi köçkünlərin öz yurdlarına qayıtması, Ermənistan ilə Dağlıq Qarabağ arasında yolun açılması da vardır.
E.Məmmədyarov vurğulamışdır ki, əgər Ermənistan birinci mərhələdə qoşunlarını çıxararsa, elə həmin gün iki dövlət arasında bütün yollar və kommunikasiyalar açılacaqdır. Ermənistan ilə Dağlıq Qarabağ arasında yol Laçından, Kəlbəcərdən, Zəngilandan da keçə bilər. Biz bunu qəbul edirik. Əgər işğal olunmuş Azərbaycan torpaqları qaytarılarsa, biz qonşularımızla əməkdaşlığa, onlarla hansısa məsələləri müzakirə etməyə hazırıq. Ermənistan qonşu ölkədir və biz qonşu dövlətlərlə normal münasibətlər qurmaq istərdik. Təəssüf ki, bu məsələ öz həllini tapmamışdır və hansısa irəliləyişə nail olduğumuzu söyləmək olmaz. Biz həmsədrlərlə birgə işi davam etdirmək barədə qərar qəbul etdik.
Azərbaycanın xarici işlər naziri əlavə etmişdir ki, ATƏT-in Minsk qrupunun həmsədrləri cari ilin sentyabrınadək regiona səfər edəcəklər.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında