ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin XİN rəhbərləri Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşü ilə bağlı birgə bəyanat yaymışlar

İyulun 17-də ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin xarici siyasət idarələrinin rəhbərləri Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin Almatı görüşünün nəticələrinə dair birgə bəyanatla çıxış etmişlər.
Sənəddə bildirilir ki, həmsədr ölkələr keçən il dekabrın 1-də Afinada verilmiş bəyanata sadiq qaldıqlarını bəyan edir və tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə nail olmağa çağırırlar.
Bəyanatda qeyd olunur ki, münaqişə tərəfləri münaqişənin sülh yolu ilə həllinə nail olmalı və nizamlanma prosesi Helsinki Yekun aktına, o cümlədən güc tətbiq etməmək, dövlətlərin ərazi bütövlüyü və millətlərin öz müqəddəratını təyinetmə hüququna əsaslanmalıdır.
Sənədin müəllifləri xatırlatmışlar ki, 2009-cu il iyulun 10-da Akvilldə, cari il iyunun 26-da Kanadada ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin rəhbərləri Dmitri Medvedev, Barak Obama və Nikola Sarkozi birgə bəyanatla çıxış edərək qeyd etmişlər ki, tərəflər Helsinki Yekun aktına və qeyd olunan prinsiplər əsasında münaqişənin ədalətli və uzunmüddətli həllinə nail olmalıdırlar.
AzərTAc ATƏT-in rəsmi saytına istinadla xəbər verir ki, Fransanın xarici işlər naziri Bernar Kuşner və ABŞ dövlət katibinin müavini Ceyms Steynberq Rusiya Prezidenti Dmitri Medvedevin və bu ölkənin xarici işlər naziri Sergey Lavrovun tərəflərin mövqeyini yaxınlaşdırmağa yönəlmiş səylərini yüksək qiymətləndirmişlər.
Bəyanat müəllifləri baza prinsiplərini razılaşdırmaq və danışıqlar prosesini davam etdirmək üçün tərəfləri kompromis ruhunda köklənməyə çağırmışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında