Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyevanın Parisdə işgüzar görüşləri davam edir

 

 

 

 

Parisdə səfərdə olan Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva mayın 22-də Fransa Milli Assambleyasının xarici əlaqələr komissiyasının sədri xanım Elizabet Qiqu ilə görüşmüşdür.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanı salamlayan  Fransa Milli Assambleyasının xarici əlaqələr komissiyasının sədri Elizabet Qiqu bu səfərin parlamentlərarası əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyini bildirmişdir. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluğunu ifadə edən xanım E.Qiqu Azərbaycanda gedən sürətli inkişaf proseslərinin maraqla qarşılandığını, Azərbaycanın Avropa təsisatları ilə əlaqələrinin inkişaf etdiyini vurğulamışdır.

Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban xanım Əliyeva ölkəmizin xarici siyasətində Avropaya inteqrasiyanın mühüm yer tutduğunu, Avropa İttifaqı ilə əlaqələrin inkişaf etdiyini diqqətə çatdırmış, ölkəmizin bu təşkilatın “Şərq tərəfdaşlığı” proqramında fəal iştirak etdiyini bildirmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən Mehriban xanım Əliyeva münaqişənin beynəlxalq hüquq normaları və ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğulamışdır.

Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası işçi qrupunun rəhbəri Mehriban Əliyevanın başçılıq etdiyi nümayəndə heyəti Fransa Milli Assambleyasının sessiyasında iştirak etmişdir.

Assambleyanın sədri Klod Bartolone Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyevanı və nümayəndə heyətinin üzvlərini salamlamışdır. Fransa parlamentinin deputatları Azərbaycan nümayəndələrini alqışlarla qarşılamışlar. Azərbaycan nümayəndə heyətinin üzvləri hökumətlə sual-cavab sessiyasını izləmişlər.

Əsgər ƏLİYEV

AzərTAc-ın xüsusi müxbiri

Paris


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında