Türkiyənin Azərbaycandakı səfiri Mərkəzi Seçki Komissiyasında olmuşdur

 

 

Mayın 20-də Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun Mərkəzi Seçki Komissiyasında (MSK) olmuşdur.

MSK-dan AzərTAc-a bildirmişlər ki, görüşdən məmnunluğunu diqqətə çatdıran Komissiyanın sədri Məzahir Pənahov Azərbaycan ilə Türkiyənin qardaşlığa və dostluğa əsaslanan münasibətlərinin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini vurğulamışdır.

Səmimi qəbula görə minnətdarlığını bildirən səfir Azərbaycanda çalışdığı dövrdə dostluq və qardaşlıq münasibətlərinin daha da dərinləşməsi üçün bütün qüvvəsini sərf edəcəyini bildirmişdir. O, iki ölkənin seçki qurumları arasında yüksək səviyyəli əməkdaşlığın qurulması təşəbbüsü ilə çıxış etmişdir.

MSK sədri səfirə Azərbaycan Respublikasının seçki sistemi və seçki institutlarının fəaliyyəti barədə ətraflı məlumat vermişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında