Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Babək rayonunda heyvandarlıq təsərrüfatına baxış keçirmişdir

 

 

Muxtar respublikada kənd təsərrüfatının inkişafına, aqrar sektorda məhsul istehsalının artırılmasına xüsusi diqqət yetirilir. Əhalini keyfiyyətli heyvandarlıq məhsulları ilə təmin etmək məqsədilə mövcud mal-qaranın cins tərkibi yaxşılaşdırılır, mütərəqqi təsərrüfatçılıq metodlarından istifadə olunaraq yeni heyvandarlıq təsərrüfatları yaradılır.

Yeni obyektdə Vasif Talıbova məlumat verilmişdir ki, ümumi sahəsi 300 min kvadratmetr olan təsərrüfat qapalı yem anbarı, avtomatik sağım, açıq havada yemləmə və heyvan saxlama sahələrindən ibarətdir. Burada müasir ferma avadanlıqları, havalandırma və gübrə yığma sistemləri quraşdırılmışdır. Ümumilikdə, təsərrüfatın yaradılmasına 4 milyon 200 min manat vəsait sərf olunmuşdur. Muxtar respublikada bu cür heyvandarlıq təsərrüfatlarının yaradılması ərzaq məhsullarının istehsalını artırmaqla yanaşı, yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun təmin olunmasına da müsbət təsir göstərir. Heyvandarlıq təsərrüfatında 54 nəfər işlə təmin olunmuşdur.

Ali Məclisin sədri heyvandarlıq təsərrüfatının damazlıq istiqamətində fəaliyyətinin genişləndirilməsi, muxtar respublikaya gətirilən cins mal-qaranın yerli şəraitə uyğunlaşdırıldıqdan sonra satışının həyata keçirilməsi və baytarlıq xidmətinin səviyyəsinin yüksəldilməsi barədə tapşırıqlar vermişdir. Heyvandarlıq təsərrüfatlarının yaradılmasının vacibliyini qeyd edən Ali Məclisin Sədri keyfiyyətli ət və süd məhsulları istehsalının əhəmiyyətini vurğulamış, cins mal-qara saxlanılan fermer təsərrüfatlarının genişləndirilməsinə bundan sonra da lazımi dövlət dəstəyinin göstəriləcəyini bildirmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında