Naxçıvan şəhərində yeni avtobus parkı

 

 

Mayın 16-da Naxçıvan şəhərində yeni avtobus parkı istifadəyə verilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsmişdir.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov yaradılan şəraitə görə muxtar respublika nəqliyyatçıları adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni avtobus parkının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik etmişdir.

Ali Məclisin sədri demişdir: Muxtar respublikada daxili sərnişindaşıma xidmətinin səviyyəsinin yüksəldilməsi məqsədilə görülən işlər bütün yaşayış məntəqələrinin marşrut xidməti ilə tam təmin olunmasına imkan vermişdir. Bu gün muxtar respublikada 360-a yaxın avtobusla 158 marşrutda sərnişinlərə ictimai nəqliyyat xidməti göstərilir. Bunların 146-sı muxtar respublika daxili, 12-si isə Naxçıvan-Türkiyə və Naxçıvan-Bakı istiqamətində hərəkət edən marşrutlardır. Eyni zamanda əhaliyə göstərilən taksi xidmətinin keyfiyyətinin yaxşılaşdırılması, sakinlərin bu xidmətdən istifadəsinin təmin olunması da diqqət mərkəzində saxlanılır. Hazırda Naxçıvan Avtomobil Zavodunda istehsal olunan avtomobillər vasitəsilə muxtar respublika sakinlərinə nümunəvi taksi xidməti göstərilir.

Ali Məclisin sədri kollektivin bundan sonra daha səylə çalışacağına, Naxçıvan şəhərində sərnişindaşıma xidmətinin yüksək səviyyədə təşkil olunacağına əminliyini bildirmiş, avtobus parkında yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, avtobus parkının ərazisi 2,7 hektardır. Burada Naxçıvan şəhər Nəqliyyat İdarəsi üçün də yeni bina inşa olunmuşdur. 2 mərtəbədən ibarət olan binada 11 iş otağı və 65 yerlik iclas zalı vardır. Binanın foyesinə və dəhlizlərə muxtar respublikamızda istehsal olunmuş keyfiyyətli mərmər döşənmiş, iş otaqlarına mebel dəstləri qoyulmuş, kompyuterlər quraşdırılmışdır.

Avtobus parkının ərazisində ehtiyat hissələrinin satışı mağazası, təmir, rəngsaz və yuma sexləri, yeməkxana, qazanxana, 40 tonluq yanacaq anbarı və yanacaqdoldurma məntəqəsi vardır. Burada avtobuslar üçün parklanma yerləri təşkil edilmiş, 108 yerlik üstüörtülü dayanacaq yaradılmış, avtobus parkı təhlükəsizlik və video-nəzarət sistemləri ilə təmin olunmuşdur.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında