ATƏT-in Minsk qrupunun həmsədri: Dağlıq Qarabağ münaqişəsində status-kvo vəziyyəti qəbul oluna bilməz

 

 

“Münaqişənin həllinə dair danışıqlarda irəliləyişə nail olmaq lazımdır”

“Azərbaycan 20 illik müstəqilliyi ərzində təhsil, həyat səviyyəsinin yüksəlməsi, qadın hüquqlarının müdafiəsi, insan alverinə qarşı mübarizə sahəsində əhəmiyyətli uğurlar əldə etmişdir”. APA-nın məlumatına görə, bu fikirləri ATƏT-in Minsk qrupunun müvəqqəti həmsədri, ABŞ-ın ATƏT yanında missiyasının rəhbəri Yan Kelli ATƏT Daimi Şurasının toplantısında demişdir.

Həmsədr Azərbaycanı Birləşmiş Ştatların mühüm tərəfdaşı adlandırmışdır: “Biz Azərbaycanı uğurlu, demokratik, çiçəklənən, təhlükəsiz və suveren ölkə kimi görmək istəyirik”.

Çıxışında ATƏT-in Bakı Ofisinin statusu məsələsinə toxunan Yan Kelli bildirmişdir ki, bu ofis Azərbaycanda islahatlar proqramının həyata keçirilməsinə əhəmiyyətli töhfə vermişdir: “ABŞ indiki mandatın saxlanmasına və ATƏT-in Bakı Ofisinin fəaliyyətinə tam dəstək verdiyini bəyan edir. Ümidvarıq ki, Azərbaycan ofisin yerlərdə etibarlı şəkildə təmsilçiliyini təmin etməkdə davam edəcək. Biz hökuməti israrla konstruktiv dialoqa başlamağa və bu məsələni ATƏT-in iş qrafikinə uyğun olaraq vaxtında həll etməyə çağırırıq”.

Yan Kelli qeyd edib ki, dondurulmuş münaqişələrin nizamlanması prosesinə dəstək daim ATƏT-in gündəmində qalmalıdır: “ATƏT-in Minsk qrupunun həmsədri kimi Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına nail olmaq üçün tərəflərlə sıx əlaqədə işi davam etdirəcək. Status-kvo vəziyyəti qəbul oluna bilməz. Danışıqlarda tərəqqiyə nail olmaq vacibdir”. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında