ABŞ səfiri: “Azərbaycanda xristianlar, yəhudilər və müsəlmanların birlikdə dinc şəraitdə yaşaması ölkənizə başucalığı gətirən faktdır”

 

 

“Hesab edirəm ki, Qəbələnin Nic qəsəbəsində azərbaycanlılarla udilərin bir yerdə mehriban yaşaması çox gözəl faktdır. Azərbaycanda xristianlar, yəhudilər və müsəlmanların birlikdə dinc şəraitdə yaşaması ölkəniz üçün çox xoş və başucalığı gətirən bir faktdır”.

Bu sözləri Nic qəsəbəsinə səfər edərək qədim Alban kilsəsi ilə tanış olan və dini icmanın nümayəndələri ilə görüşən ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar APA-ya açıqlamasında demişdir: “Mənim Qəbələ rayonuna səfərim çox səmərəli oldu. Rayon rəhbərliyi ilə, ABŞ səfirliyinin maliyyə dəstəyi ilə ingilis dili öyrənən şagirdlərlə görüşüm, Qəbələdə keçirilən beynəlxalq incəsənət sərgisi və “Beltman” piano fabriki ilə, eləcə də Nic qəsəbəsində Alban kilsəsi ilə  tanışlığım, rayonun turizm potensialı, sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər məndə xoş təəssüratlar yaratdı. Udi icmasının nümayəndələri ilə çox faydalı söhbətlər apardım. Udilərin Azərbaycanda min illərdir ki, dinc, əmin-amanlıq şəraitində yaşaması onu göstərir ki, ölkənizdə hər bir azsaylı xalq dilindən və dinindən asılı olmayaraq tolerantlıq və hörmət şəraitində yaşaya bilər. Azərbaycanda dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir, hər bir kəsin dini etiqad azadlığı təmin olunur".

 Səfir Azərbaycanda mövcud olan zəngin mədəni irsin qorunub saxlanmasını yüksək qiymətləndirmişdir.

 Riçard Morninqstar ABŞ Dövlət Departamentində ATƏT-in Minsk qrupuna təyin ediləcək həmsədrin müəyyən olunması prosesi getdiyini bildirmişdir. Lakin o, yeni həmsədrin nə vaxt təyin olunacağına dair dəqiq tarix açıqlamamışdır: “Mən həmsədrin təyinatı ilə bağlı dəqiq tarixi deyə bilməsəm də, hazırda Vaşinqtonda bu istiqamətdə işlərin getdiyini söyləyə bilərəm. Bildiyiniz kimi ATƏT-in Minsk qrupunun həmsədri Robert Bradtke öz vəzifəsini başa çatdırdıqdan sonra bu vəzifəni səfir Yan Kelli icra edir. Mən onu uzun müddətdir tanıyıram. Yeni həmsədr təyin olunana qədər bu vəzifəni Yan Kelli icra edəcək”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında