Tomas QOLTS: Şuşanın işğalı - Ermənistanın etnik təmizləmə siyasətinin göstəricisidir

 

 

“Billings Gazette” nəşrində Montana Ştat Universitetinin professoru Tomas Qoltz Şuşanın işğalının 21-ci ildönümünə həsr edilmiş məqalə dərc etdirmişdir.

APA-nın nəşrin saytına istinadən verdiyi məlumata görə, məqalədə T. Qoltz qeyd edir ki, əhalisi əsasən azərbaycanlılardan ibarət olan Şuşanın işğalı Ermənistanın etnik təmizləmə siyasəti yürütməsinin və Azərbaycan mədəniyyət nümunələrini məhv etməsinin göstəricisidir: “18-ci əsrdə inşa olunan Şuşa şəhəri Qarabağ xanlığının paytaxtı olub və Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, musiqisinin beşiyi sayılırdı. 19-cu əsrin 70-ci illərində azərbaycanlı usta Sadıqcan ilk dəfə burada tarın quruluş və formasında dəyişikliklər etməklə onu müasir formaya gətirib çıxardmışdır. Eyni zamanda Şuşa Azərbaycan klassik musiqisinin patriarxı, müsəlman dünyasında ilk operanın müəllifi Üzeyir Hacıbəyovun vətənidir”.

Daha sonra T. Qoltz vurğulayır ki, Şuşanın işğalı zamanı 480 azərbaycanlı mülki şəxs öldürülmüş, 600 nəfərdən çox insan yaralanmış, 22 000 nəfər isə qaçqın düşmüşdür: “Eyni zamanda qadın və uşaqlar da daxil olmaqla 68 sakin girov götürülmüş, 6800 ev, 44 məktəb, 279 tarixi əhəmiyyətə malik bina məhv edilmişdir. Bu gün Şuşa kabuslar şəhərinə oxşayır. Mən Amerikada yaşayan azərbaycanlılara, ”Pax Turcica İnstitute" üzvlərinə qoşularaq Şuşanın və digər Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalını pisləyirəm. Mən ABŞ rəsmilərini BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyanın qəbul etdiyi qətnamələri yerinə yetirmək üçün Ermənistan hökumətinə təzyiq göstərməyə çağırıram”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında