ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Qəbələdə bir sıra görüşlər keçirmişdir

 

 

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Qəbələyə ikigünlük səfərə gəlmişdir. AzərTAc xəbər verir ki, rayonla tanışlıq məqsədi daşıyan səfər çərçivəsində Riçard Morninqstar ilk öncə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Abil Ağasəfovla görüşmüşdür.

Görüşdə səfirə Qəbələ haqqında, rayonun tarixi, kənd təsərrüfatı, turizm infrastrukturu, təhsil müəssisələri və mədəniyyət abidələri barədə, tikinti-quruculuq və sosial-iqtisadi inkişafla bağlı görülən işlər haqqında məlumat verilmişdir. Qəbələyə ilk səfəri olduğunu qeyd edən diplomat rayonun mənzərəsinin onda yüksək təəssürat yaratdığını vurğulamışdır. Səfir Riçard Morninqstar Abil Ağasəfova kənd təsərrüfatı haqqında kitab hədiyyə etmişdir. Eyni zamanda amerikalı diplomata icra hakimiyyəti adından üzərində Qəbələ qalasının görüntüsü olan xalça hədiyyə edilmişdir. Sonra qonaq Qəbələ regional QHT-lərin Resurs və Təlim Mərkəzində yerli qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşmüşdür.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar “İngilis dili üzrə mikro təqaüd proqramı” çərçivəsində təhsil alan Qəbələ rayonunun Tüntül kənd orta məktəbinin şagirdləri ilə görüşmüşdür. Görüşdə məlumat verilmişdir ki, məktəbin 15-17 yaşlı 25 şagirdi artıq bu proqram üzrə bir ildir ki, ingilis dili kurslarında iştirak edir. Şagirdlərə ingilis dilini yerli müəllimlər öyrədir. Şagirdlər səfirlə bir başa ingilis dilində söhbətlər aparmışlar. ABŞ səfiri müasir dövrdə dünyada ingilis dilinin necə böyük əhəmiyyətə malik olduğunu bildirmiş və şagirdlərin ötən bir il ərzində bu dili orta səviyyədə öyrənmələrini yüksək  qiymətləndirmişdir. Səfir şagirdlərə anadan olduğu Boston şəhəri, oxuduğu Harvard Universiteti barədə məlumat vermiş, bununla bağlı şəkillər göstərmişdir. Müəllim və şagirdlərlə keçirilən görüşdə bildirilmişdir ki, səfirliyin həyata keçirdiyi layihə çərçivəsində hazırda Azərbaycanın 16 şəhər və rayonunda 240 məktəbli ingilis dilini öyrənir. 2004-cü ildən bugünədək dünyada 95 mindən çox şagird bu proqram çərçivəsində ingilis dilini öyrənmişdir. 2007-ci ildən Azərbaycanda həyata keçirilən bu proqram çərçivəsində isə 800 şagird ingilis dilini öyrənmişdir. İki illik kursları bitirən şagirdlər gələcəkdə FLEKS proqramında iştirak edərək ABŞ-da bir illik təhsil almaq imkanı əldə edir. Hazırda 6 nəfər bu proqram çərçivəsində ABŞ-da təhsil alır.

Xatırladaq ki, mayın 14-də Riçard Morninqstar rayonun Nic qəsəbəsinə səfər edəcək. Riçard Morninqstarın bölgələrə növbəti səfəri isə Qusara olacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında