Azərbaycanın və Şri-Lankanın xarici işlər nazirlikləri arasında əməkdaşlığa dair protokol imzalanmışdır

 

 

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Elmar Məmmədyarov Şri-Lanka Demokratik Sosialist Respublikasına səfəri çərçivəsində mayın 6-da bu ölkənin xarici işlər naziri Gamini Lakşman Peiris ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan G.Lakşman Peiris bu əlaqələrin iqtisadi, ticarət, enerji və turizm sahələrini əhatə etdiyini qeyd etmişdir.

Azərbaycanı regionun iqtisadi inkişafına nail olmuş ölkə kimi qiymətləndirən Şri-Lankanın xarici işlər naziri bildirmişdir ki, respublikamızın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsi onun artan beynəlxalq nüfuzunun göstəricisidir.

E.Məmmədyarov Azərbaycan ilə Şri-Lanka arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün geniş potensialın olduğunu demişdir. Vurğulanmışdır ki, Şri-Lankanın çay istehsalı sahəsində zəngin təcrübəsi vardır. Bu sahədə ölkələrimiz arasında əməkdaşlıq perspektivləri mövcuddur. Həmçinin mədəniyyət, enerji, turizm, dəniz nəqliyyatı sahələrində əməkdaşlıq üçün geniş imkanlar vardır.

Şri-Lankalı nazir Azərbaycanın enerji sahəsində tarixi ənənələrini və zəngin təcrübəsini nəzərə alaraq, bu istiqamətdə iki ölkənin əməkdaşlığı üçün geniş imkanların olduğunu vurğulamışdır. 

Müharibədən sonra Şri-Lankanın əldə etdiyi tərəqqini yüksək qiymətləndirən E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat vermişdir. Bildirilmişdir ki, Ermənistan işğalçı siyasəti ilə özünü regionda gedən inkişaf proseslərindən təcrid etmişdir. Ermənistan təcavüzkar və işğalçı siyasətindən əl çəkəcəyi təqdirdə Azərbaycanın təşəbbüsü və iştirakı ilə cərəyan edən regional inkişaf proseslərindən faydalana biləcəkdir.

Görüşdə, həmçinin hüquq-müqavilə bazasının möhkəmləndirilməsi və beynəlxalq təşkilatlar, o cümlədən BMT və Qoşulmama Hərəkatı çərçivəsində sıx əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

Sonda Azərbaycanın və Şri-Lankanın Xarici İşlər nazirlikləri arasında əməkdaşlığa dair protokol imzalanmışdır.

AzərTAc 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında