SƏFİR: Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında potensialı tükənməmişdir

 

 

Ukrayna cari ildə ATƏT-ə sədrlik edən ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına böyük diqqət ayırır. Bu barədə çərşənbə axşamı Trend-ə Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko açıqlama vermişdir.

“Ukraynanın xarici işlər naziri Leonid Kajara siyasətimizin təqdimatını edərkən vurğulayıb ki, Ukrayna ATƏT ölkələri ərazisində münaqişə məsələlərinə böyük diqqət yetirəcək. Biz münaqişənin həll ediləcəyi məqama hər hansı vasitə ilə yaxınlaşmaq üçün mümkün olan hər şeyi edirik. Lakin elə formatlar axtarmaq lazımdır ki, işlək olsun”, - deyə Mişenko vurğulamışdır.

Səfirin sözlərinə görə, Ukrayna Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində Minsk qrupuna böyük ümidlər bəsləyir: “Ukrayna hesab edir ki, Minsk qrupunun potensialı heç də tükənməyib və qarşıya qoyulan tapşırıq Minsk qrupu çərçivəsində fəaliyyəti aktivləşdirməkdən ibarətdir. Bu, hazırda irəliləyişi təmin edə biləcək yeganə beynəlxalq formatdır. Ukrayna bu məsələyə, Minsk qrupunun işinin aktivləşdirilməsi və səmərəliliyinin artırılmasına diqqət ayırır”. Mişenko qeyd etmişdir ki, bilavasitə münaqişə tərəfləri arasında dialoqu fəallaşdırmaq yolları öyrənilir. Bu yaxınlarda ATƏT-in uzunmüddətli münaqişələr üzrə xüsusi nümayəndəsi Andriy Deşitsa Azərbaycan və Ermənistana səfər etmiş, yüksək vəzifəli şəxslərlə görüşmüşdür. Bundan başqa, hazırda iki ölkənin xarici işlər nazirlərinin Krakovda görüşünün təşkili məsələsi razılaşdırlır:

“Fikrimizcə, Minsk qrupu hərəkət edən mexanizmdir və onun imkanlarından istifadə etmək lazımdır. Bizim xarici işlər nazirimiz qarşıya bu məqsədi qoyub. O, tərəflərlə mütəmadi əlaqə saxlayır və buna böyük diqqət ayırır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında