YAP nümayəndə heyəti Kambocanın Baş naziri, Kamboca Xalq Partiyasının lideri Xun Sen ilə görüşmüşdür

 

 

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı və beynəlxalq əlaqələr şöbəsinin müdiri Asəf Hacıyevin daxil olduğu nümayəndə heyəti Kamboca Xalq Partiyasının (KXP) dəvəti ilə bu ölkədə səfərdədir.

Səfər proqramına uyğun olaraq, YAP nümayəndə heyəti Kambocanın Baş naziri, KXP-nin lideri Xun Sen ilə görüşmüşdür. Görüşdə YAP ilə KXP arasındakı əməkdaşlığın fəaliyyətinin istiqamətləri və bütövlükdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilmişdir.

YAP nümayəndə heyəti, eyni zamanda, KXP-nin iqamətgahında olmuş, partiyanın baş katibi Say Çum və digər məsul şəxslərlə görüşlər keçirmişlər.

Kambocanın Baş nazirinin müavini, KXP-nin aparıcı şəxslərindən biri olan Sok An ilə görüşdə Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı (İCAPP) çərçivəsində perspektiv planlar müzakirə olunmuşdur.

YAP nümayəndə heyətinin Kambocaya səfəri davam edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında