Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Gəncədə vətəndaşları qəbul etmişdir

 

 

Aprelin 26-da Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Gəncədə bu şəhərdən, eyni zamanda,  Göygöl, Samux, Daşkəsən, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Gədəbəy və Naftalandan olan  vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbulda vətəndaşların dövlət əmlakının səmərəli istifadə edilməsi, özəlləşdirilməsi və icarəyə verilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması, eləcə də komitənin fəaliyyət istiqamətinə aid olan digər məsələlərlə bağlı müraciətlər dinlənilmişdir.

Qaldırılan bəzi məsələlər komitənin müvafiq ərazi bölmələri tərəfindən dərhal həll edilməsi üçün göstərişlər verilmiş, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və s. sahələr üzrə problemlərin həlli ilə bağlı məsələlər isə nəzarətə götürülmüşdür. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında