Baş nazir: Rumıniya “Nabukko”nun uğurunu təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdadır

 

 

Rumıniya “Nabukko”nun uğurunu təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdadır.

 “Trend”in məlumatına görə, bu sözləri Rumıniyanın Baş naziri Viktor Ponta Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) çıxış edərkən Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun üzvü, millət vəkili Qənirə Paşayevanın sualına cavabında demişdir.

“Rumıniya Azərbaycanla əməkdaşlığa böyük önəm verir. Mənim səlahiyyət müddətimdə əsas hədəflərdən biri Qara dəniz bölgəsində enerji potensialını inkişaf etdirməkdir. “Nabukko” layihəsi birinci prioritetdir”, - deyə baş nazir bildirmişdir.

Viktor Ponta qeyd etmişdir ki, bölgədə bütün ölkələr arasında daha təkmil əməkdaşlıq bu ölkələrdə enerji və iqtisadi inkişafı təmin etməklə orta və uzunmüddətli faydalar gətirəcək: “Ölkənizə böyük məmnuniyyətlə səfər edəcəyəm. Enerji mühüm məsələdir və bu səbəbdən Avropa İttifaqı mayın 25-də bu mövzuya diqqətini yönəldəcək və ümidvaram ki, bu, sirr deyildir. Biz “Nabukko”nun uğurunu təmin etmək üçün Azərbaycan hakimiyyəti ilə sıx təmasdayıq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında