Azərbaycan və Qazaxıstan arasında dövlət qulluğu sahəsində əməkdaşlıq məsələləri müzakirə edilmişdir

 

 

Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın (DQMK) sədri Bəhram Xəlilov ölkəmizdə səfərdə olan Qazaxıstanın Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin sədri Alixan Baymenov ilə görüşmüşdür.

DQMK-dan AzərTAc-a bildirmişlər ki, görüşdə komissiyanın sədri iki ölkə arasında bütün sahələrdə, o cümlədən dövlət qulluğu sahəsində əlaqələrin yüksək sürətlə inkişaf etdiyini demişdir. O, Azərbaycanda dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq prinsipləri əsasında həyata keçirildiyini, dövlət qulluqçularının etik davranış qaydaları, dövlət qulluqçularının reyestrinin aparılması, korrupsiyaya qarşı mübarizə ilə bağlı qonaqlara geniş məlumat vermişdir. Dövlət qulluğu ilə bağlı həyata keçirilən islahatlar, qarşıda duran məqsəd və vəzifələrdən danışan B.Xəlilov bildirmişdir ki, ölkəmizdə yüksək ixtisaslı gənc kadrların yetişdirilməsi və onların dövlət qulluğuna cəlb edilməsi məqsədilə bir sıra işlər həyata keçirilir. Qazaxıstanın dövlət qulluğu sahəsində böyük təcrübəyə malik olduğunu vurğulayan komissiya sədri bu sahədə iki qurum arasında əlaqələrin daha da genişləndirilməsinə önəm verdiyini qeyd etmişdir.

Alixan Baymenov Komissiyanın fəaliyyətinin əhəmiyyətini vurğulayaraq vətəndaşların dövlət qulluğuna qəbulunun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini yüksək qiymətləndirmiş, eyni zamanda, təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat vermişdir. Görüşdən məmnunluğunu ifadə edən qonaq Komissiya ilə əməkdaşlığı davam etdirməyə hazır olduqlarını vurğulamışdır.

Görüşdə, həmçinin anlaşma memorandumunun imzalanması ilə əlaqədar müzakirələr aparılmışdır. Bildirilmişdir ki, imzalanacaq memorandum hər iki ölkənin müvafiq qurumlarının əməkdaşları arasında təcrübə mübadiləsinin aparılmasına, müxtəlif tədbirlərin keçirilməsinə geniş imkan yaradacaqdır.

Sonra komissiyanın əməkdaşları qonaqlar üçün “Azərbaycanda dövlət qulluğuna e-qəbul sistemi”, “Azərbaycanda dövlət qulluğu və dövlət idarəçiliyi sistemləri” mövzularında təqdimatlar etmişlər.

Daha sonra qonaq Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyəti ilə yaxından tanış olmaq üçün qurumun inzibati binasında yaradılmış şəraitlə və 1 nömrəli “ASAN Xidmət” mərkəzinin iş prosesi ilə tanış olmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında