Azərbaycan ilə Ermənistan xarici işlər nazirlərinin görüşü keçiriləcəkdir

 

 

Yaxın günlərdə Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü  keçiriləcəkdir. Bu barədə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov aprelin 26-da keçirilən mətbuat konfransında məlumat vermişdir.

E.Məmmədyarov demişdir: “Azərbaycan  Dağlıq  Qarabağ münaqişəsinin  həllinə  dair  geniş əhatəli  sülh sazişinə hazırdır. Mən həmin münaqişə üzrə  danışıqlarda tərəqqinin olmaması barədə Rusiya XİN-in başçısı Sergey Lavrovun dünənki bəyanatı ilə tam razıyam.  Azərbaycan ilə Ermənistan  uzun müddətdir onun həllinə dair danışıqlar aparırlar, lakin danışıqlar prosesi  indiyədək nəzərəçarpacaq nəticələr verməmişdir: çoxlu sayda görüşlər keçirilir, lakin biz həmin danışıqların  məntiqi nəticələrini müşahidə etmirik.

Krakov görüşünün gündəliyində Azərbaycan ilə Ermənistan arasında müzakirə ediləcək xeyli sayda məsələ, o cümlədən məcburi  köçkünlərin geri qaytarılması, statusun müəyyənləşdirilməsi və bir çox başqa məsələlər olacaq”.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında