Azərbaycanlı deputat Avropa Şurası xətti ilə keçirilən gənc liderlər seminarının iştirakçıları ilə görüşmüşdür

 

 

2010-cu ildən başlayaraq Avropa Şurasının gənclərlə iş və idman üzrə direktorluğunun, Rusiya parlamentinin, Rusiyanın gənclər və uşaq birlikləri Milli Şurasının və Beynəlxalq Əməkdaşlığın İnkişafına Yardım Fondunun təşəbbüsü ilə seminarlar keçirilir. İndiyədək 6 dəfə keçirilmiş belə seminarlarda Fransa, Rusiya, Türkiyə, Portuqaliya, İsrail, Azərbaycan və digər ölkələrdən nümayəndələr iştirak etmişlər.

Seminarlara gənclər parlamentlərinin təmsilçiləri, gənc siyasətçilər, gənclərin ictimai birliklərinin nümayəndələri, deputatlar, jurnalistlər qatılırlar. Növbəti seminar Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yaz sessiyasının keçirildiyi günlərdə təşkil edilmişdir.

Aprelin 24-də seminar çərçivəsində Avropa Şurasının təcrübəli üzvləri ilə gənclərin müsahibələri proqramı çərçivəsində seminar iştirakçılarından bir qrupunun AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovla görüşü olmuşdur. Görüşdə Beynəlxalq əməkdaşlığın inkişafına yardım fondunun vitse-prezidenti Lukyana Suvorova, Rusiyadakı Azərbaycan Gənclər Təşkilatının idarə heyətinin üzvü Emin Hacıyev, Azərbaycan Gənclər Təşkilatları Milli Assambleyasının sədri Şahin Seyidzadə, Azərbaycan Tələbə Təşkilatları Assosiasiyası sədrinin müavini Nərgiz Hüseynova və başqaları deputat Rafael Hüseynova çoxsaylı suallar ünvanlamışlar. Gənclərə Avropa Şurasının iş prinsipləri, ayrı-ayrı komitələrdə məruzələrin hazırlanma texnologiyası, mədəniyyət, elm, təhsil və mətbuat üzrə komitədə bilavasitə gənclərlə əlaqədar aparılan siyasət barədə müfəssəl məlumat verən Rafael Hüseynov bildirmişdir ki, belə seminarlar bir tərəfdən gənclərin bilik və təcrübə toplamasına xidmət edirsə, digər tərəfdən Avropa Şurasının işinə əlavə impuls verir.

Seminar iştirakçıları azərbaycanlı deputatla görüş zamanı həm Avropa Şurası, həm də Azərbaycan Milli Məclisi xətti ilə gənclər siyasətinin daha da inkişaf etdirilməsi perspektivləri ilə əlaqədar layihələr ətrafında da müzakirələr aparmışlar.

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında