Sergey LAVROV: “Dağlıq Qarabağ danışıqlarında irəliləyiş yoxdur”

 

 

 “Rusiyanın Dağlıq Qarabağla bağlı mövqeyi məlumdur. Biz həmsədr ölkə kimi münaqişənin tənzimlənməsində səylərimizi davam etdiririk. Müəyyən mərhələlərdə Azərbaycan və Ermənistana həmsədrlərdən müəyyən təkliflər verilmişdir.

Əsas məsələ tərəflərin razılığa gəlməsi idi. Təəssüflər olsun ki, verilən təkliflərin biri bir, o biri başqa tərəfi qane etmədi. Əsas məsələ tərəflərin özlərinin razılığa gəlməsi idi”.

 APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Edvard Nalbandyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında demişdir.

“Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində danışıqlar dalana dirənib, Rusiyanın danışıqlarda aktivliyi niyə azalıb” sualına S. Lavrov “Rusiya aktivliyi azaltmayıb, Minsk qrupu çərçivəsində səylərini davam etdirir. Həmsədrlər mütəmadi olaraq xarici işlər nazirləri və prezidentlərlə görüşürlər” cavabını vermişdir.

Rusiya xarici işlər naziri danışıqlar prosesində irəliləyişin olmaması barədə sualla isə razılaşıb: “Bəli, danışıqlarda irəliləyiş yoxdur”.

E. Nalbandyan da danışıqlarda irəliləyiş olmadığını demişdir: “Doğrudur, irəliləyiş yoxdur, amma demək olmaz ki, danışıqlar dalana dirənib. Xarici işlər nazirləri mütəmadi görüşlər keçirirlər. Proses davam etdirilir”.

APA-nın əməkdaşının “Həmsədrlər və Azərbaycan “status-kvo”nun qəbuledilməz olduğunu bəyan edir, Ermənistanın bununla bağlı mövqeyi necədir” sualına E.Nalbandyan belə cavab vermişdir: “Ermənistanın mövqeyi Minsk qrupunun mövqeyi ilə eynidir. Əgər Azərbaycan “status-kvo”nun saxlanmasını istəmirsə, həmsədrlərin təkliflərini rədd etməməlidir. Bu təkliflər cəbhə xəttindən snayperlərin geri çəkilməsi və sairdən ibarətdir”. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında