Elin Süleymanov ABŞ-ı Dağlıq Qarabağ münaqişəsinin həlli üçün nüfuzlu elçi təyin etməyə çağırmışdır

 

 

“The Hill” qəzetində Azərbaycanın ABŞ-dakı səfirinin məqaləsi dərc olunmuşdur

Vaşinqtonda çap olunan və ABŞ Konqresi başda olmaqla nüfuzlu siyasi dairələrdə yaxından izlənən “The Hill” qəzetində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovun Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən məqaləsi dərc olunmuşdur.

 Səfirlikdən APA -ya verilən məlumata görə, səfir E. Süleymanov məqalədə əvvəlcə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İsrail və Fələstinə ilk səfəri barədə söz açaraq, həmin səfərin İsrail Prezidenti Şimon Peres tərəfindən “tarixi səfər” kimi qiymətləndirildiyini göstərmiş, İsrail və Fələstinin dostu olaraq Azərbaycanın hər iki xalqı sülh içində görməyi dilədiyini və eyni diləyi Cənubi Qafqaz üçün bölüşdüyünü açıqlamışdır.

 Azərbaycanın İsrail ilə güclənən münasibətlərinə istinad edən E.Süleymanov həmçinin Fələstin xalqının öz potensialını tam şəkildə gerçəkləşdirməsinin vacibliyini vurğulamışdır. O, Yaxın Şərq münaqişəsinin misalında zaman keçdikcə münaqişə tərəflərinin öz mövqelərinə qapandıqlarını qeyd edərək, Ermənistan-Azərbaycan münaqişəsinin uğurlu həlli üçün beynəlxalq ictimaiyyətin təcili tədbirlər görməli olduğunu bildirmiş və bu xüsusda ABŞ-ı vasitəçi olaraq yüksək səviyyəli, nüfuzlu bir elçi təyin etməyə çağırmışdır.

Məqalədə Ermənistanla müharibədən Azərbaycan xalqının çəkdiyi acıları xatırladan E.Süleymanov bir milyona yaxın mülki azərbaycanlı əhalinin öz mülklərindən məhrum edilərək, qaçqın və məcburi köçkünə çevrildiyini amerikalı oxucuların diqqətinə çatdırmış və Azərbaycan torpaqlarının 20 ildən artıq erməni işğalı altında qaldığını vurğulamışdır. O, bütün bu haqsızlıqlara baxmayaraq, Azərbaycanın bölgəyə sülhün danışıqlar və beynəlxalq təsisatların yardımı vasitəsilə gətiriləcəyinə hələ də inandığını bildirərək, bir daha Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasında beynəlxalq ictimaiyyətin fəal iştirakına ehtiyac duyulduğunu bəyan etmişdir.

Səfir eyni zamanda Azərbaycanın surətli iqtisadi inkişafının, eləcə də Gürcüstan və Türkiyə ilə birgə həyata keçirdiyi uğurlu regional layihələrin bölgədə sülhə xidmət etdiyini diqqətə çatdırmış, Ermənistanın isə davam edən düşmənçilik nəticəsində tarixi tərəqqi fürsətini itirdiyini vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında