Azərbaycanın Almaniyadakı fəxri konsulu: “Avropa Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycana kömək etməlidir”

 

 

“Regionda Almaniya ilə münasibətləri sıx olan

Azərbaycan kimi ikinci dövlət yoxdur”

“Azərbaycan-Almaniya münasibətləri çox dinamik inkişaf edir. Son vaxtlar Almaniyadan Azərbaycana səfər edənlərin sayı iki dəfə artıb ki, bu da iqtisadi, mədəni və turizm əlaqələrinin inkişafının göstəricisidir. Alman şirkətləri Azərbaycanda iş qurmaqda çox maraqlıdırlar”. Bunu APA-ya açıqlamasında Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser bildirmişdir.

Onun sözlərinə görə, ötən il Azərbaycanda keçirilən “Eurovision” mahnı müsabiqəsi Azərbaycanın Avropada təbliğatında böyük rol oynamışdır: “İqtisadi cəhətdən Almaniya Azərbaycanı böyük enerji tərəfdaşı kimi görür. Azərbaycan Almaniyaya neft ixrac edən ölkələr sırasında 6-cı yeri tutur. Bu o deməkdir ki, iki ölkənin  iqtisadi maraqları bir-birinə bağlıdır və əlaqələr inkişaf edir”.

 Fəxri konsul qeyd etmişdir ki, Almaniyada az da olsa, Azərbaycanın investisiyası mövcuddur: “Hazırda ən böyük tələbat odur ki, Almaniya texnologiyaları Azərbaycanda səmərəli istifadə olunsun. Mənim Bakıya səfərimin məqsədlərindən biri də odur ki, Almaniyada mövcud olan “ikilik peşə” təhsil sistemi Azərbaycanda tətbiq olunsun. Bu sistemə görə tələbə dərslərdən əlavə hansısa şirkətdə praktik işləri öyrənir. Hazırda biz Sumqayıt şəhərində Almaniya standartlı pilot məktəb açırıq. Əgər məktəb özünü doğrultsa, belə məktəblər bütün Azərbaycanda açılacaq. Bu layihə Azərbaycan hökuməti, Təhsil Nazirliyi və mənim iştirakımla həyata keçirilən bir layihədir. Bu, Almaniya standartlarına uyğun olan sırf Azərbaycan məktəbləri olacaq. Ümumiyyətlə, regionda Almaniya ilə münasibətləri sıx olan Azərbaycan kimi ikinci dövlət yoxdur”.

Otto Hauser Dağlıq Qarabağ probleminə də toxunmuşdur: “Almaniya hökumətinin mövqeyi ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycan ərazisinin bir hissəsidir, Azərbaycan torpaqlarını işğal edən erməni silahlı qüvvələri təcili ordan çıxarılmalı və bir milyona yaxın azərbaycanlı məcburi köçkün öz tarixi  vətəninə qayıtmaq haqqını əldə etməlidir. Bu, Almaniya hökumətinin vahid fikridir”.

Fəxri konsul təəssüflə demişdir ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinin heç bir nəticəsi yoxdur: “Məncə, Avropa Parlamenti bu problemin həllində daha aktiv iştirak etməlidir. Təəssüf ki, Fransanın Minsk qrupunda Avropa Birliyini təmsil etmək üçün mandatı yoxdur. Buna görə də Avropa Komissiyası bu işə müdaxilə etməlidir. Azərbaycan Avropa üçün vacib enerji tərəfdaşı olduğu üçün Avropa Azərbaycana Dağlıq Qarabağ probleminin həllində kömək etməyə  borcludur. Azərbaycandan Avropaya neft gəlir, gələcəkdə qaz gələcək. Bununla biz Rusiyadan enerji asılılığımızı azaldacağıq. Azərbaycan Avropaya öz sərvətlərini verir, bu istiqamətdə artıq strategiya qurub. Hesab edirəm ki, qarşılıqlı olaraq Azərbaycanın da maraqları bu münasibətlərdə qorunmalı, Avropa bu münaqişənin həllində Azərbaycana kömək etməlidir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında