Azərbaycan və Türkiyə diaspor təşkilatları Avropa Şurasının binası qarşısında etiraz aksiyası keçirmişlər

 

 

APA-nın Avropa bürosunun məlumatına görə, aksiya iştirakçıları Ermənistan kimi antidemokratik və işğalçı bir ölkənin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyinə etiraz etmişlər.

Xatırladaq ki, AŞPA sessiyasının bugünkü plenar iclasında Ermənistanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair müzakirə aparılacaq. Bundan başqa, bu ilin may ayında Ermənistan 6 ay ərzində Avropa Şurasının əsas orqanlarından biri olan Nazirlər Komitəsinə sədrlik edəcək. Eyni zamanda, Avropa Şurasında bəzi ermənipərəst lobbist qüvvələr bu ölkəni AŞPA Monitorinq Komitəsinin nəzarətindən çıxarmağı təklif edirlər və bunu Ermənistanda demokratik təsisatların guya inkişaf etməsi ilə əsaslandırırlar.

Aksiya iştirakçıları Ermənistanın bu qurumda sədrlik etməyə mənəvi haqqı olmadığını bildirirlər. Nümayişin məqsədi Fransa və Avropa ictimaiyyətinin bu məsələlərə diqqətini çəkməkdir. İştirakçılar Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasəti pisləmiş və buna son qoymağı tələb etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında