Fərhad MƏMMƏDOV: Azərbaycan ABŞ-ın Dağlıq Qarabağ probleminin həllində Türkiyənin rolunun artırılması təklifini alqışlayır

 

 

ABŞ-ın dövlət katibi Con Kerrinin Türkiyədə olarkən bu ölkənin Dağlıq Qarabağ münaqisəsinin həllində rolunun artırılmasına dair fikirləri ABŞ-dakı erməni diasporunun ciddi tənqidi ilə üzləşib. Halbuki koqresmen kimi Con Kerri hər zaman erməni diasporu və lobbisinin dəstəklədiyi şəxslərdən biri olub.

Bununla bağlı, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Trend-ə bildirib ki, Con Kerri əslində konqresmen və dövlət katibi olaraq tamamilə fərqli simalardır. Çünki konqresmen olarkən o, yalnız öz seçicilərinin istədiyini ifadə edirdi, indi isə ABŞ-ın milli maraqlarından çıxış edir: “ABŞ-ın milli maraqları isə Türkiyənin bir neçə bölgədə güclənməsi ilə üst-üstə düşür. Bunlar Yaxın Şərq, Qara dəniz, eyni zamanda, Cənubi Qafqaz bölgələridir. Bu bölgələrdə ABŞ Türkiyə vasitəsi ilə öz maraqlarına uyğun olaraq fəaliyyət və təşəbbüslərdə bulunur. Əfsuslar olsun ki, keçmişdə biz bu təşəbbüsləri o qədər də məntiqli və reallığa uyğun olmayan layihələrdə görmüşük. Bu da Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması mövzusudur. İnanmaq istərdik ki, Türkiyənin Cənubi Qafqazda rolunun artırılması birbaşa olaraq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olacaq”.

Fərhad Məmmədovun sözlərinə görə, Türkiyə onsuz da Dağlıq Qarabağ münaqişənin həllində dolayısı ilə iştirak edir. Çünki Türkiyə həm ATƏT-in Minsk qrupunun 11 üzvündən biri, eyni zamanda, Azərbaycanın Kəlbəcər rayonunun işğalından sonra Ermənistanla sərhədlərini bağlayaraq işğalçını cəzalandıran bir ölkədir. Bu mövqe ABŞ üçün yeni xəbər deyil.

“Bundan irəli gələrək ABŞ bu kontekstdə və məntiqlə Türkiyəni Dağlıq Qarabağ probleminin həllində dəstəkləyirsə, biz buna yalnız sevinə bilərik”, – deyə Məmmədov əlavə etmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında