Azərbaycan və Makedoniya arasında iki saziş imzalanmışdır

 

 

Aprelin 19-da Azərbaycanın Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan keçmiş Yuqoslaviya Respublikası Makedoniyanın Baş naziri Nikola Qruevskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Əvvəlcə Baş nazirlərin təkbətək görüşü olmuşdur.

Sonra geniş tərkibdə görüşdə Baş nazir Artur Rasizadə Azərbaycan ilə Makedoniya arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etmiş, lakin  iqtisadi əməkdaşlığın ölkələrimizin potensialına uyğun olmadığını vurğulamışdır.

Azərbaycanın Baş naziri makedoniyalı həmkarının bu səfərinin iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə təkan verəcəyinə ümidvar olduğunu bildirmişdir.

 Azərbaycanın iqtisadi inkişafı barədə qonaqlara ətraflı məlumat verən Baş nazir Artur Rasizadə ölkəmizdə əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırmışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət açan Artur Rasizadə bildirmişdir ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal olunmuş, 1 milyondan çox vətəndaşımız etnik təmizləmə siyasətinə məruz qalmışdır. Baş nazir Azərbaycanın bu problemin beynəlxalq hüquq normaları əsasında həllinə tərəfdar olduğunu diqqətə çatdırmışdır.

Makedoniyanın Baş naziri ölkəsinin iqtisadi uğurları barədə danışmış, qarşılıqlı investisiyaların əhəmiyyətini önə çəkmişdir. O, turizmin və ticarətin inkişafını yüksəltmək üçün qarşılıqlı viza rejiminin aradan qaldırılmasını da təklif etmişdir.

Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş və Azərbaycan Respublikası Hökuməti və Makedoniya Respublikası Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında Saziş imzalanmışdır. Hər iki sənədi Azərbaycan və Makedoniyanın baş nazirləri imzalamışlar.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında