Şərur rayonunda yeni su elektrik stansiyası inşa olunur

 

 

Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, mövcud hidroenerji potensialından istifadə etməklə yeni su elektrik stansiyaları tikilir. Hazırda muxtar respublikanın elektrik enerjisinə olan tələbatının 60 faizi su elektrik stansiyalarının hesabına ödənilir. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Şərur rayonunda yeni “Arpaçay-2" su elektrik stansiyasının tikintisinə başlanılmışdır.

Aprelin 18-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov su elektrik stansiyasının tikildiyi əraziyə gəlmiş, tikinitinin baş planına baxmışdır.

Məlumat verilmişdir ki, “Arpaçay-2" su elektrik stansiyasının gücü 1,4 meqavat, illik istehsalı isə 3,6 milyon kilovatt–saat təşkil edəcəkdir. Arpaçay dəryaçasının subölücü qovşağından qidalanacaq elektrik stansiyası üçün ərazidə bina, suqəbuledici qurğu və 55 metr uzunluğunda suaparıcı kanal inşa ediləcəkdir. Hazırda elektrik stansiyasının yerləşəcəyi binanın tikintisinə başlanılmış, özüldə dəmir-beton işləri görülmüşdür. Elektrik stansiyasında 2 turbin və 2 generator quraşdırılacaqdır. Turbinlərin tam gücü ilə işləməsi üçün stansiyaya saniyədə 17 kubmetr su veriləcəkdir. İstehsal olunan elektrik enerjisi yaxınlıqdan keçən 35 kilovoltluq elektrik verilişi xətti ilə şəbəkəyə ötürüləcəkdir.

Su elektrik stansiyasının tikintisi zamanı xarici ölkələrin istehsalı olan yüksək keyfiyyətli avadanlıqlardan istifadə ediləcək, texniki təhlükəsizlik tədbirləri təmin olunacaqdır.

Ali Məclisin sədri görülən işlərin keyfiyyətinə diqqət yetirməyin vacibliyini bildirmiş, tikinti işlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar vermişdir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında