Əli Əhmədov Azərbaycan Prezidentinin səlahiyyət müddətinin 7 ilə qaldırılacağı xəbərinə münasibət bildirmişdir

 

 

“Azərbaycanda oturuşmuş siyasi sistem mövcuddur və biz hesab edirik ki, prezidentə 5 illik səlahiyyət müddəti verilməsi kifayət qədər optimal variantdır. Dünya praktikasında da məhz belədir”.

APA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyasının sədr müavini, deputat Əli Əhmədov Azərbaycan prezidentinin səlahiyyətinin 5 ildən 7 ilə qaldırılması ilə bağlı təklifi jurnalistlərə belə şərh etmişdir.

Ə.Əhmədov qeyd etmişdir ki, qarşıdan gələn prezident seçkiləri kampaniyasında belə bir məsələnin irəli sürülməsi reallığa uyğun deyil: “İndi söhbət yalnız prezident seçkilərinin keçirilməsindən gedir. Müxalifət mətbuatı bu kimi xəbərləri yalnız dezinformasiya məqsədilə yayır və indiyə qədər onların yazdıqları dezinformasiyalar ictimai rəydə hər hansı bir təlatüm yarada bilmədiyi kimi, bu gün də yaydıqları informasiyalar ictimai rəyi dəyişdirməyəcək”.

Əli Əhmədov bildirmişdir ki, müxalifətin nəzarətində olan mətbuat orqanlarında çox tez-tez dezinformasiyalara rast gəlmək olur: “Konstitusiyaya əsasən, Azərbaycan prezidentinin səlahiyyət müddəti 5 il müəyyən edilmişdir və bununla əlaqədar hər hansısa dəyişikliyin həyata keçirilməsi yalnız Konstitusiyada dəyişiklik olacağı təqdirdə mümkündür. Konstitusiyada dəyişiklik isə referendum yolu ilə ola bilər. Hazırda da belə bir proqram yoxdur. Biz indi partiya olaraq qarşıdan gələn prezident seçkilərinin yüksək fəallıq şəraitində keçirilməsi vəzifəsi ilə məşğuluq”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında