Əli Həsənov: Azərbaycan gəncliyi bu gün dövlət qayğısı ilə əhatə olunmuşdur

 

 

Azərbaycan gəncliyi bu gün dövlət qayğısı ilə əhatə olunmuşdur. Gənclərlə iş Prezident İlham Əliyevin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir.

AzərTAc xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.

Gənclərlə bağlı iki dövlət proqramının qəbul olunduğunu xatırladan şöbə müdiri bildirmişdir ki, gənclərin dünyanın ən qabaqcıl universitetlərində təhsil almaları, məşğulluqları və s. istiqamətlərdə mühüm işlər görülür. Bu gün dövlətimizin gənclər siyasətini, Azərbaycan gənclərinin inkişafı ilə bağlı neçə illərdir həyata keçirilən dövlət proqramlarının nəticəsini, gənclərimizin real vəziyyətini birmənalı şəkildə təhrif etmək normal hal deyildir. Sağlam Azərbaycan gəncliyi belə mövqenin əleyhinədir. Bununla yanaşı, Azərbaycan gəncliyinin bəzi problemləri də vardır. Buna görə də dövlət proqramları qəbul olunmuşdur ki, bu problemlər həll edilsin. Buraya, ilk növbədə, gənclərin məşğulluq, iş, mənzil problemləri və digər məsələlər daxildir.

Bu günlərdə Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlətimizin başçısının gənclərin mənzil problemlərinin həlli üçün ipoteka kreditləşməsi mexanizminin təkmilləşdirilməsi məsələsini qaldırdığını vurğulayan Ə.Həsənov qeyd etmişdir ki, bütün bunlar gənclərə göstərilən dövlət qayğısının bariz sübutudur. Əminəm ki, gənclərimiz dövlətimizin başçısının tapşırığı ilə ayrılmış ipoteka kreditlərindən istifadə edərək mənzil şəraitlərini yaxşılaşdıracaqlar. Azərbaycan gəncliyi də bu qayğının cavabını öz əməli fəaliyyəti ilə verəcək, dövlətimizə, milli mənəvi dəyərlərimizə, milli maraqlarımızaa sahib çıxacaqdır.

“Daş yuxular” romanının erməni dilinə tərcümə olunması və Ermənistanda səhnələşdirilməsi məsələsinə münasibət bildirən Ə.Həsənov demişdir ki, Əkrəm Naibovun bu “əsəri” Azərbaycan xalqına, Azərbaycan vətəndaşlarına, bizim milli dövlətçilik maraqlarımıza hələ çox zərbələr vuracaqdır. Gələcək nəsillərimiz o mənfur əsərin ağrısını çəkəcəklər. Ermənistan dövləti, onun ideoloji strukturları, o cümlədən erməni diasporu Əkrəm Naibovun bu antiazərbaycan, antixalq mövqeyindən istifadə edəcəklər. Biz hazır olmalı və buna real faktlarla cavab verməliyik.

Azərbaycanda Prezidentin səlahiyyət müddətinin artırılacağı barədə yayılan məlumatların dezinformasiya olduğunu deyən şöbə müdiri qeyd etmişdir ki, Prezidentin səlahiyyət müddətinin 7 ilə qədər artırılacağı ilə bağlı bəzi media orqanlarında dərc olunan məlumatlar tamamilə yanlışdır. Şöbə müdiri Azərbaycanın siyasi sisteminin - prezident, parlament və məhkəmə hakimiyyətinin səlahiyyətlərinin, bölgü prinsiplərinin Azərbaycan Konstitusiyasında əks olunduğunu xatırladaraq belə təşəbbüsə ehtiyacın da olmadığını bildirmişdir. Gələcəkdə Azərbaycan vətəndaşları bu və ya digər məsələləri qaldıracaqsa, bunu referendum yolu ilə həll etmək olar. Ancaq hazırda belə bir təşəbbüs yoxdur, bu, dezinformasiyadır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında