Sərdar CƏLALOĞLU: Milli Şura ideyası ölü bir ideya kimi doğulub

 

 

Milli Şura ideyası elə doğulanda ölü bir ideya kimi doğulmuşdur. Bunu Trend-ə Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu demişdir.

“Mənim Milli Şura ideyasının müəllifləri kimi inandığım və hörmət etdiyim adamlardan biri Rafiq Əliyev artıq özü bu ideyaya inanmadığını, ideyanın özündə müəyyən mübahisəli məqamların olduğunu və bu ideyanın effektivliyinə və perspektivinə şübhə etdiyini bildirmişdir”, - deyə Cəlaloğlu bildirmişdir.

Rafiq Əliyevin fikirlərini bölüşdüyünü diqqətə çatdıran partiya sədri Milli Şura haqqında bir çox fərqli fikirlərinin olduğunu da qeyd etmişdir.

Cəlaloğlu hesab edir ki, Milli Şura ideyası hər şeydən əvvəl zaman baxımından öz aktuallığını əldən verib, çünki artıq prezident seçkilərinə çox az vaxt qalıb və elə Milli Şuranın özünün yaradılması üçün 4-5 ay vaxt lazımdır.

Cəlaloğlu qeyd etmişdir ki, bu Milli Şuranın özünün nə dərəcədə milli olması məsələsi də açıq qalır, çünki əgər doğrudan da Milli Şura nəzərdə tutulubsa, bu gərək legitim bir orqan olsun, millətin bütün təbəqələri müəyyən mənada burada təmsil olunsun: “Amma Milli Şuranın tərkibi hər hansı bir nəfərin bilavasitə ağlının məhsulu olacaqsa, siyahı tutulub kimlərsə bir araya gətiriləcəksə, bu, heç vaxt Milli Şura olmayacaq. Mənim başa düşdüyümə görə, indiki müzakirələrdən görünür ki, bu nədirsə, İctimai Palata ilə Ziyalılar Forumunun ortaq bir təşkilatı kimi nəzərdə tutulmuşdur”.

Partiya sədri vurğulamışdır ki, Milli Şura ideyası artıq öz cazibədarlığını itirmişdir: “Bu ideyanın müəllifləri dəfələrlə Milli Şura haqqında nəsə deyiblər, sonra həftələrlə susub, sonra yenə nəsə deyib və susublar. Bu cür ideyaların bu cür formalaşması mümkün deyil. Bunun üçün gərək cəmiyyətdə ardıcıl iş aparasan. Buna görə də mən düşünürəm ki, artıq Milli Şura ideyası elə doğulanda ölü bir ideya kimi doğulmuşdur”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında