Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması regionda davamlı sülhün və sabitliyin bərqərar olmasına əsas əngəldir

 

 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrey Deşitsanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən  bildirmişlər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana nəzərdə tutulmuş səfəri və qurumun gündəliyində duran məsələlər ilə bağlı fikir mübadiləsi aparılmışdır.

E.Məmmədyarov vurğulamışdır ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin uzanması regionda davamlı sülhün və sabitliyin bərqərar olunmasına əsas əngəldir. Münaqişənin həlli üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması vacibdir.

Ermənistan rəhbərliyinin danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutduğunu deyən nazir ATƏT-in Minsk qrupunun münaqişənin nizamlanması prosesində fəallığının artırılmasının vacibliyini vurğulamışdır.

Ermənistan tərəfinin Xocalı aeroportunun işə salınacağı ilə bağlı bəyanatlarına toxunan E.Məmmədyarov qeyd etmişdir ki, belə bir addım Çikaqo Konvensiyasının kobud surətdə pozulması deməkdir. Bütün beynəlxalq qanunvericilik Azərbaycanın bu məsələdə tutduğu mövqeyinin haqlı olduğunu əks etdirir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında